Icma.az
close
up
RU
Yerli elektrobuslar İSTEHSAL EDİLƏCƏK Onların ixracı nəzərdə tutulur?

Yerli elektrobuslar İSTEHSAL EDİLƏCƏK Onların ixracı nəzərdə tutulur?

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda 2026-cı ildən etibarən illik 200–250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir. Dövlət Proqramında bildirilir ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobus parkının modernləşdirilməsi əsas prioritetlərdən biri olaraq qalır. 

Bəs görəsən, yerli istehsal elektrobuslar daxili bazarın tələblərini qarşılaya biləcəkmi? Həmin nəqliyyat vasitələrinin xarici ölkələrə ixracı nəzərdə tutulurmu? 

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Yenisabah"a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, bu elektrobusların xaricə ixracı real görünmür:

“Ümumiyyətlə burada yanaşma 2 cür olmalıdır. Birincisi daxili bazardakı ehtiyacların ödənilməsi üçün nəzərdə tutulan, ikincisi isə xarici bazara idxal məqsədli istehsaldır. Mənim fikrimcə, bizim xarici bazara elektrobus istehsal edib satmağımız və böyük gəlirlər əldə etməyimiz uğursuz bir yanaşma olar. Çünki hazırda dünyanın ən böyük nəqliyyat istehsalçıları belə Çinlə rəqabətdə uduzur. Statistikaya baxsaq, dünyada satılan avtomobillərin hardasa 50 faizdən çoxu Çinin payına düşür. Bu mənada Azərbaycan əgər özünün istehsal edəcəyi nəqliyyat vasitələrinin bütün ehtiyat hissələrini xaricdən idxal edib ölkədə yığmaqla təşkil edəcəksə, bunun xarici bazara satış qiyməti təbii ki, digər istehsalçı dövlətlərlə müqayisədə baha başa gələcək. Buna görə də biz dünya bazarına elektrobusların ixracı ilə bağlı düşüncələrimiz alınmayacaq”. 

İlqar Hüseynli qeyd edib ki, yerli istehsal daxili bazarın tələblərini qarşılaya bilər:

“O ki qaldı daxili ehtiyacların təminatına, biz 250-300 avtobus istehsal edib yerli şirkətlərin satışına verə bilərik. Bildiyiniz kimi, sərnişindaşıma özəl şirkətlərin ixtiyarındadır. Bizim özəl şirkətlərə elektrobusları hansı qiymətə təqdim edəcəyimiz də önəmlidir. Ola bilər ki, şirkət Çindən idxal etdiyi elektrobusları yerli istehsaldan daha ucuz alacaq. Daxili tələbatı təmin etmək üçün elektrobusların istehsalına müsbət yanaşıram. Amma onun hazırlanması üçün ölkəyə gətirilən ehtiyat hissələrinin hamısı gömrük rüsumundan azad olmalıdır ki, o elektobusların qiyməti xaricdən idxal olunan nəqliyyat vasitələrinin qiymətindən ucuz olsun”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Fevral 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri