Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hazırda regionlarda kadr islahatları gedir, təbii ki, şişirdilmiş rəqəmlərin olması mövcuddur”.
Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin komitələrinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, regionlardakı icra hakimiyyəti və yerli icra nümayəndələrində də ixtisarlar aparılır:
"Yerli icra nümayəndəliklərində 4 nəfər işləyir, onun da ikisi ixtisar olunur. Kənd qalır iki nəfərin ümidinə. Burada yanaşma tərzi hansısa formada müəyyən olunmalıdır ki, heç olmasa, işi aparan olsun. Ən savadlı, işləyən həkimlər ya təcrübəsi az olduğundan, ya da qanunvericilikdə qeyd olunan imtiyazlı şəxslər siyahısına aid olmadığından ixtisar olunurlar".
Günay Şahmar, Bizim.Media