“Yerli icra nümayəndəliklərində ixtisarlar gedir, kənd qalır iki nəfərin ümidinə”
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hazırda regionlarda kadr islahatları gedir, təbii ki, şişirdilmiş rəqəmlərin olması mövcuddur”.
Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin komitələrinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, regionlardakı icra hakimiyyəti və yerli icra nümayəndələrində də ixtisarlar aparılır:
"Yerli icra nümayəndəliklərində 4 nəfər işləyir, onun da ikisi ixtisar olunur. Kənd qalır iki nəfərin ümidinə. Burada yanaşma tərzi hansısa formada müəyyən olunmalıdır ki, heç olmasa, işi aparan olsun. Ən savadlı, işləyən həkimlər ya təcrübəsi az olduğundan, ya da qanunvericilikdə qeyd olunan imtiyazlı şəxslər siyahısına aid olmadığından ixtisar olunurlar".
Günay Şahmar, Bizim.Media
Baxış sayı:87
Bu xəbər 11 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















