Yerli istehsalı inkişaf etdirmək üçün Tramp siyasətindən istifadə etməliyik | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Pərviz Heydərov yazır...
Trampın tarif siyasətindən dolayı dünya iqtisadiyyatında yaranan məlum vəziyyət böyüklüyündən-kiçikliyindən, inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr üçün təhdidlər törədir.
Düzdür, hələ tam dəqiqliyi ilə bilinmir hansı fəsadlar ortaya çıxacaq.
Lakin, demək olar bütün ölkələr istənilən təhlükəni dəf etmək üçün təcili hərəkətə keçiblər.
Və odur ki, bu fonda Azərbaycanda da konkret tədbirlər görmək və müvafiq addımlar atmaq vacib sayılır.
Çünki müşahidəçi qismində dayanmaq və yaxud oturub gözləmək bizim kimi ölkələr üçün daha ağır nəticələrə gətirib çıxara bilər.
Ümumiyyətlə, ilk gündən qeyd etmişdim ki, ABŞ-nin yeni liderinin siyasəti nəticəsində xüsusən iki cəhət özünü ciddi şəkildə büruzə verə bilər: bunlardan birincisi dolların bahalaşacağı, ikincisi isə neftin ucuzlaşacağıdır.
Hansı ki, hər ikisi də bizim üçün inflyasiya təsir və təzyiqlidir. Birincini qoyuram kənara...
Tam oxu
Xəbəri oxu