Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Yerli istehsalı inkişaf etdirmək üçün Tramp siyasətindən istifadə etməliyik

Yerli istehsalı inkişaf etdirmək üçün Tramp siyasətindən istifadə etməliyik

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Pərviz Heydərov yazır...

Trampın tarif siyasətindən dolayı dünya iqtisadiyyatında yaranan məlum vəziyyət böyüklüyündən-kiçikliyindən, inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr üçün təhdidlər törədir. Düzdür, hələ tam dəqiqliyi ilə bilinmir hansı fəsadlar ortaya çıxacaq. Lakin, demək olar bütün ölkələr istənilən təhlükəni dəf etmək üçün təcili hərəkətə keçiblər.

Və odur ki, bu fonda Azərbaycanda da konkret tədbirlər görmək və müvafiq addımlar atmaq vacib sayılır. Çünki müşahidəçi qismində dayanmaq və yaxud oturub gözləmək bizim kimi ölkələr üçün daha ağır nəticələrə gətirib çıxara bilər.

Ümumiyyətlə, ilk gündən qeyd etmişdim ki, ABŞ-nin yeni liderinin siyasəti nəticəsində xüsusən iki cəhət özünü ciddi şəkildə büruzə verə bilər: bunlardan birincisi dolların bahalaşacağı, ikincisi isə neftin ucuzlaşacağıdır. Hansı ki, hər ikisi də bizim üçün inflyasiya təsir və təzyiqlidir. Birincini qoyuram kənara... Neftin ucuzlaşması ölkəmiz üçün həmişə xüsusən ciddi təhdid və təhlükə xarakterli məsələ və hadisə sayılıb və sayılır.

Məsələ isə bundan ibarətdir ki, Tramp tarif siyasətini hələ açıqlamamışdan öncə OPEC+ ölkələri apreldən neft hasilatını artırmaq qərarına gəlmişdilər ki, qiymətlər onsuz da enəcəkdi. Trampın tarifləri bunun üçün sadəcə, əlavə fundament rolunda çıxış etdi.

Yeri gəlmişkən, D.Tramp hələ birinci, yəni 2017-2021-ci illərdə prezidentliyi dövründə Səudiyyə Ərəbistanını neftin qiymətini yüksək həddə saxlamaqda ittiham edirdi. D.Tramp o vaxt da bəyan etmişdi ki, neft 50 dollardan aşağı olmalıdır.

Düzdür, qiymətlərin 50 dollardan aşağı düşəcəyi haqda danışmaq hələ tezdir, lakin real olan budur ki, OPEC+ ölkələrinin qərarından sonra neft 70 ABŞ dollarının üzərinə düşmüşdüsə, tarif söhbəti ortaya çıxan kimi 60 dollara yaxınlaşdı. Odur ki, ucuzlaşmanın proses halını alacağı qaçılmaz görünür. Bu isə ən azı, büdcədə neftin bir barelini 70 ABŞ dollarından götürməyimiz baxımından bizə sərfəli sayılmır.

Lakin, təkcə bu faktor deyil. Dünya bazarlarında neftin ucuzlaşacağı təqdirdə yanacaq və buna uyğun olaraq da logistik xərclərin də azalacağına baxmayaraq, aparıcı ölkələrin qarşılıqlı rüsum tətbiq etmələri səbəbindən ciddi bahalaşma təhlükəsi də gözlənilir ki, bizdə isə inflyasiya hələ yenicə səngimişdi.

Bir sözlə desəm, neftin ucuzlaşacağı və ümumən qiymətlərin bahalaşacağı, kəskin inflyasiya dalğasının ortaya çıxacağı ölkəmiz üçün cari ilin qalan dövrü ərzində ciddi təhdid və təhlükəli amillər xarakteri daşıyır. Tərs də bu, elə bir vaxta düşür ki, dövlət büdcəmiz üzrə xərclər geniş xarakter daşımaqla da bərabər, qeyri-neft-qaz sektoru üzrə əvvəlkindən daha çox dəstək tələb olunur.

Yuxarıda dolların bahalaşacağı riskinə toxundum. Məsələ bundadır ki, enerji daşıyıcıları, yəni neft və qaz ucuzlaşarkən adətən, ABŞ dolları dəyərə minir. Lakin hazırda tarif siyasəti bütün ənənəvi qanunauyğunluqları o qədər alt-üst edib ki, dollar da ucuzlaşır. Və bu da, neftin ucuzlaşmasından əlavə ölkəmiz üçün, xüsusən də manatın məzənnəsi üçün ikiqat artıq, təhlükə törədir.

Başqa sözlə, ucuz dollar inflyasiya idxalını bir az da daha çox təzyiqli edir.

Yeri gəlmişkən, 2025-ci ilin I rübündə dövlət büdcəsinə Dövlət Neft Fondundan (ARDNF) transfert 3 milyard 620,3 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 425 milyon manat və ya 13.3% çox deməkdir. 2024-cü ilin eyni rübündə Fonddan büdcəyə 3 milyard 195.3 milyon manat transfert edilmişdi ki, qeyd edim, bu il ARDNF-dən büdcəyə 14 milyard 481 milyon manat köçürülməlidir. Bu, 2024-cü il üzrə ARDNF-dən büdcəyə transfert həcmindən 13.3% və ya 1.7 milyard manat çoxdur.

Göründüyü kimi, cari il üçün dövlət büdcəmizin həcmi çoxdur - xərcləri genişdir. Bəli, neftin qiyməti yuxarıda qeyd etdiklərimə əsasən, daha çox azalacağı təqdirdə daxili bazarda qiymətlərə təzyiqlər istər-istəməz getdikcə bir az da çox artacaq. Yəni, idxal inflyasiyasının təsir gücü genişlənəcək.

Odur ki, ilin ortasında neftin dövlət büdcəmizdə fiksəolunan qiyməti aşağı salınmalıdır. Hesab edirəm bu, bayaqdan bəri sadalanan gözlənilən təsir və təzyiq amillərindən sığortalanmaq məqsədilə Tramp siyasətinə qarşı birinci addım olmalıdır.

Ölkəmizdə 2025-ci ildə orta illik inflyasiya göstəricisi 4.6% səviyyəsində proqnoz edilib. Ümumiyyətlə, sözügedən göstərici İqtisadiyyat Nazirliyinin baza ssenarisinə görə, 2025-ci ildə 4.6% təşkil etməklə 2026-2028-ci illər ərzində 3.9% həddində olmalıdır.

Ancaq bu il qeyd etdiyim səbəblər nöqteyi-nəzərindən inflyasiya çox güman, 10%-ə yaxın təşkil edəcək. O səbəbdən ki, bunu həm daxili, həm də yazdığım kimi xarici təsirlər şərtləndirəcək.

Odur ki, hesab edirəm, daxili istehsal getdikcə daha çox xarici istehsal komponentlərindən qorunmalı, ümumiyyətlə, yerli istehsal sırf daxili xammal məhsulu ehtiyatları hesabına təşkil olunmalıdır.

Bunun üçünsə tədarükçü-istehsalçı əlaqələrini inkişaf etdirməli, yeni texnologiyalar tətbiq etməli və xammala tələbat sırf yerli imkanlar hesabına təmin olunmalıdır. Başqa sözlə, yerli istehsal xarici istehsal elementlərindən birdəfəlik yaxa qurtarmalıdır.

Ölkəmizdə yerli istehsal baha başa gəlir. Çünki xarici istehsala məxsus idxal komponentlərsiz keçinmək mümkün deyil. Odur ki, ilk növbədə məhz bunun qarşısı alınmalı, idxalda şəffaflığı təmin etmək üçün inhisarçılıq tam aradan qaldırılmalıdır. Daxili bazar azad rəqabət şəraitində təşkil olunmalıdır ki, yerli istehsal da inkişaf edə bilsin.

Digər zəruri tədbir, yaxud addımlarsa qeyri-neft-qaz sektorunun inkişafına dəstəyi artırmaqdan ibarət sayılır. Bu baxımdan, bəlkə, biz də D.Trampın siyasətinə uyğun olaraq müəyyən sahələrdə idxalı məhdudlaşdırmalıyıq. O səbəbdən ki, yerli istehsal inkişaf etsin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri