Yetkinlər arasında autizm spektri pozğunluğuna dair diaqnozların sayı artıb | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir. Son illərdə yetkinlər arasında autizm spektri pozğunluğuna (ASP) dair diaqnozları
Bu tendensiya həm cəmiyyətin autizm haqqında məlumatlılığının yüksəlməsi, həm də diaqnoz metodlarının təkmilləşməsi ilə əlaqələndirilir.
Autizm spektri pozğunluğu sosial ünsiyyət, davranış və idrak sahələrində müxtəlif çətinliklərlə xarakterizə olunan neyroinkişaf pozğunluğudur.
AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, Fransanın Paster İnstitutunun məlumatına görə, autizm adətən erkən uşaqlıq dövründə, 3 yaşına qədər özünü büruzə verir.
Amerika Pediatriya Akademiyası isə bütün uşaqların 18 aylıqdan etibarən autizm üçün müayinədən keçməsini tövsiyə edir.
Son onillikdə daha çox böyüklər neyromüxtəliflikləri haqqında məlumat almağa çalışırlar.
Bəzi hallarda valideynlər öz övladlarına ASP diaqnozu qoyulduqdan sonra oxşar simptomları özlərində də müşahidə edirlər.
Digər hallarda isə sosial mediada yayılan məlumatlar fərdləri bu mövzu üzərində düşünməyə vadar edir.
Tam oxu
Xəbəri oxu