Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Yetkinlər arasında autizm spektri pozğunluğuna dair diaqnozların sayı artıb

Yetkinlər arasında autizm spektri pozğunluğuna dair diaqnozların sayı artıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Son illərdə yetkinlər arasında autizm spektri pozğunluğuna (ASP) dair diaqnozların sayı əhəmiyyətli dərəcədə artıb. Bu tendensiya həm cəmiyyətin autizm haqqında məlumatlılığının yüksəlməsi, həm də diaqnoz metodlarının təkmilləşməsi ilə əlaqələndirilir. Autizm spektri pozğunluğu sosial ünsiyyət, davranış və idrak sahələrində müxtəlif çətinliklərlə xarakterizə olunan neyroinkişaf pozğunluğudur.

AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, Fransanın Paster İnstitutunun məlumatına görə, autizm adətən erkən uşaqlıq dövründə, 3 yaşına qədər özünü büruzə verir. Amerika Pediatriya Akademiyası isə bütün uşaqların 18 aylıqdan etibarən autizm üçün müayinədən keçməsini tövsiyə edir.

Son onillikdə daha çox böyüklər neyromüxtəliflikləri haqqında məlumat almağa çalışırlar. Bəzi hallarda valideynlər öz övladlarına ASP diaqnozu qoyulduqdan sonra oxşar simptomları özlərində də müşahidə edirlər. Digər hallarda isə sosial mediada yayılan məlumatlar fərdləri bu mövzu üzərində düşünməyə vadar edir. Autizmin bəzi xüsusiyyətləri uşaqlıqda nəzərə çarpmaya bilər və ya fərdlər cəmiyyətə uyğunlaşmaq üçün bu xüsusiyyətlərini gizlətməyi öyrənə bilərlər. Kaliforniya San Fransisko Universitetinin psixoloqu Vitni Ensi vəziyyəti belə izah edir: “Böyüklər zaman keçdikcə kompensasiya etməyi öyrənirlər. Ola bilsin ki, “mən bunu ictimai yerlərdə göstərə bilmirəm, ona görə də bunu yalnız şəxsi mühitdə edirəm” kimi düşünərək davranışlarını dəyişirlər”. Bundan əlavə, diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu (DEHB) və obsessiv-kompulsiv pozğunluq (OKP) kimi digər psixoloji pozğunluqların simptomları ilə autizmin simptomları üst-üstə düşə bilər. Bu da ASP-nin diaqnozunu çətinləşdirir. Autizmin simptomları fərdlər arasında fərqli şəkildə özünü göstərə bilər. Bir çox simptom autizmi olmayan insanlarda da müşahidə edilə bilər. Məsələn, bəzi insanlar vərdişlərdən həzz alır və ya müəyyən mövzularla dərindən maraqlanır. Lakin ASP diaqnozu üçün simptomlar gündəlik həyatda əhəmiyyətli çətinliklər yaratmalıdır.

Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzinin psixiatrı Artur Vestover bu məsələyə belə aydınlıq gətirir: “Biz ümumiyyətlə, insanıq. Biz vərdişləri sevirik… Lakin sadəcə müəyyən qaydalara riayət etmək və ya maraq dairələrinə sahib olmaq autizmi olduğunu göstərmir. Autizm diaqnozu üçün bu davranışların daha dərin və davamlı olması lazımdır”.

34 yaşlı Russel Lehman 20 ildən çoxdur autizm diaqnozu ilə yaşayır. O, gündəlik həyatında vərdişlərin həm rahatlıq, həm də çətinlik yaratdığını bildirir. Məsələn, hər gün eyni yeməkləri yemək və eyni məhsulları almaq onun üçün sakitləşdirici təsir göstərir. Lakin idman zalına getmədiyi günlərdə depressiya və uğursuzluq hissləri keçirir. O, bu vəziyyəti belə izah edir: “Mənim üçün idman zalı yoxdur demək, bu gün yoxdur deməkdir. Vərdişin pozulması inanılmaz mövcudluq böhranı yaradır”.

Son tədqiqatlar yetkinlər arasında ASP diaqnozlarının artdığını göstərir. “JAMA Network Open” jurnalında dərc edilən bir araşdırmaya görə, 2011-2022-ci illər arasında ABŞ-da 26-34 yaşlı şəxslər arasında autizm diaqnozları 452 faiz artıb. Böyük Britaniyada aparılan bir araşdırma isə 1998-2018-ci illər arasında autizm diaqnozlarının 787 faiz artdığını ortaya qoyub.

Yetkinlər arasında autizm diaqnozlarının artması, cəmiyyətin autizm haqqında daha çox məlumatlanması və diaqnoz prosesinin təkmilləşməsi ilə izah edilə bilər. Sosial ünsiyyət çətinlikləri, təkrarlanan davranış və vərdişlərə ifrat bağlılıq kimi əlamətlər autizmin göstəricisi ola bilər. Lakin diaqnoz üçün əsas meyar bu simptomların gündəlik həyatda ciddi çətinliklər yaratmasıdır. Autizmin daha yaxşı tanınması və düzgün diaqnoz qoyulması, bu pozğunluğa malik fərdlərin cəmiyyətə daha yaxşı inteqrasiya olunmasına və dəstək almasına imkan yaradar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri