Icma.az, Bizimyol saytına istinadən bildirir. "Bu gün yenə də dünya müharibə ilə sülh arasında seçim etməlidir".
Bu sözləri Çin Xalq Respublikasının Sədri Si Tsinpin Pekində keçirilən paraddakı çıxışı zamanı deyib.
O paradda ki, fəxri qonaqlar kürsüsündə Ukraynada təcavüzkar müharibə aparan Rusiya diktatoru Vladimir Putin və ona əsgər göndərməklə belə kömək edən Şimali Koreya despotu Kim Çen In oturmuşdu.
Çin mərasimin adını belə qoyub: "Yaponiyanın təcavüzünə qarşı müharibədə və antifaşist müharibəsində qələbənin 80 illiyi".
Sual olunur: 80 il əvvəlki yapon təczvüzü belə pis idisə (ki, doğrudan da, pis idi), bəs 80 il sonrakı - bugünkü iki təcavüzkar ölkənin rəhbəri niyə o mərasimin yuxarı başında oturmuşdu?!
Belə çıxır ki, keçmiş təcavüzkar pisdir, indiki təcavüzkar yaxşıdır?!
Bir yandan sülhdən danışıb, o biri yandan təcavüzkar Rusiyaya Ukraynada soyqırım, işğal, ilhaq törətməyə birbaşa və dolayı dəstək verməyin adı, sizcə, nədir?!
Bir yandan sülh nəğmələri oxuyan ölkələr o biri yandan dünyanın müxtəlif bölgələrində müharibələrə birbaşa və ya dolayı sponsorluq edirsə, bu Planetdə yoldaş Sinin dediyi harmoniya olacaqmı?!