Icma.az
close
up
RU
Yoldaş Si və cənab Tramp: Sülh, yoxsa sülh mükafatı?!

Yoldaş Si və cənab Tramp: Sülh, yoxsa sülh mükafatı?!

Icma.az, Bizimyol saytına istinadən bildirir.

"Bu gün yenə də dünya müharibə ilə sülh arasında seçim etməlidir".

Bu sözləri Çin Xalq Respublikasının Sədri Si Tsinpin Pekində keçirilən paraddakı çıxışı zamanı deyib.

O paradda ki, fəxri qonaqlar kürsüsündə Ukraynada təcavüzkar müharibə aparan Rusiya diktatoru Vladimir Putin və ona əsgər göndərməklə belə kömək edən Şimali Koreya despotu Kim Çen In oturmuşdu.

Çin mərasimin adını belə qoyub: "Yaponiyanın təcavüzünə qarşı müharibədə və antifaşist müharibəsində qələbənin 80 illiyi".

Sual olunur: 80 il əvvəlki yapon təczvüzü belə pis idisə (ki, doğrudan da, pis idi), bəs 80 il sonrakı - bugünkü iki təcavüzkar ölkənin rəhbəri niyə o mərasimin yuxarı başında oturmuşdu?! Belə çıxır ki, keçmiş təcavüzkar pisdir, indiki təcavüzkar yaxşıdır?!

Bir yandan sülhdən danışıb, o biri yandan təcavüzkar Rusiyaya Ukraynada soyqırım, işğal, ilhaq törətməyə birbaşa və dolayı dəstək verməyin adı, sizcə, nədir?! Bir yandan sülh nəğmələri oxuyan ölkələr o biri yandan dünyanın müxtəlif bölgələrində müharibələrə birbaşa və ya dolayı sponsorluq edirsə, bu Planetdə yoldaş Sinin dediyi harmoniya olacaqmı?! Ola biləcəkmi?!

Sualın cavabı aydındır.

Daha bir ritorik sual da var: Dünya "müharibə, yoxsa sülh" seçimi qarşısına niyə və necə gəlib çıxıb?! Özünə "mədəni millət" deyən Rusların ölkəsi Ukraynada uşaq öldürür, uşaq oğurlayır. Buna göz yumub, sülhdən və harmoniyadan kim və nə haqla danışa bilər?!

ABŞ-a gəlincə, Donald Trampı da çözmək getdikcə, daha da çətinləşir: bilmirsən, sülh üçün çalışır, yoxsa Nobel Sülh Mükafatı üçün. Hərçənd Prezident Trampa da, bütün dünyaya da sülhün özündən daha böyük mükafat yoxdur və ola da bilməz. Hələ ki mükafat sülhdən öndə gəlir...

Doğurdan da, dünyada söz yiyəsi olanlar öz sözünün yiyəsi deyillər.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Sentyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri