Yollarda bitən həyatlar: Sürücü öldürür, yoxsa maşın? | Icma.az
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son dövrlər ölkədə yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir. Demək olar ki, hər gün qəza xəbərləri oxuyuruq.
Yollarda baş verən bu qəzalar cəmiyyətdə ciddi narahatlıq doğurur.
Maraqlıdır, problem avtomobillərin texniki vəziyyətinə görədir, yoxsa sürücü məsuliyyətsizliyi görə?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, rəsmi statistikaya baxdıqda, ümumi qəza sayında azalma müşahidə olunsa da, ağır nəticəli hadisələr sayı ciddi narahatlıq doğurur.
Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac var: “Rəsmi statistikaya nəzər salsaq, qəzaların sayında azalma müşahidə olunur.
Amma ağır qəzaların, ölümlə, xəsarətlə nəticələnən qəzalar baş verir.
Bunun qarşısını almaq üçün hansısa ciddi tədbirlərin görülməsinə çox böyük ehtiyac var.
Tam oxu
Xəbəri oxu