Icma.az
close
up
RU
Yollarda bitən həyatlar: Sürücü öldürür, yoxsa maşın?

Yollarda bitən həyatlar: Sürücü öldürür, yoxsa maşın?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlər ölkədə yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir. 

Demək olar ki, hər gün qəza xəbərləri oxuyuruq. Yollarda baş verən bu qəzalar cəmiyyətdə ciddi narahatlıq doğurur. Maraqlıdır, problem avtomobillərin texniki vəziyyətinə görədir, yoxsa sürücü məsuliyyətsizliyi görə? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, rəsmi statistikaya baxdıqda, ümumi qəza sayında azalma müşahidə olunsa da, ağır nəticəli hadisələr sayı ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac var: 

“Rəsmi statistikaya nəzər salsaq, qəzaların sayında azalma müşahidə olunur. Amma ağır qəzaların, ölümlə, xəsarətlə nəticələnən qəzalar baş verir. Bunun qarşısını almaq üçün hansısa ciddi tədbirlərin görülməsinə çox böyük ehtiyac var. 

Hesab edirəm ki, Azərbaycanda təbliğat işləri ilə yanaşı, nəzarət mexanizmində də müəyyən dəyişiliklər olmalı, addımlar atılmalıdır. Bu addımlar yol hərəkəti təhlükəsizliyi baxımından planlı şəkildə qurulmalıdır. Yəni plansız işlər heç vaxt müsbət nəticə verə bilməz. 

Təbii ki, hər bir yol- nəqliyyat hadisəsi maddi -mənəvi  zərərlə nəticələnsə də, ümumilikdə ağır fəsad verir. İnsanlar ölür, ömürlük şikəst qalanlar var və bu təbii ki, Azərbaycan dövlətinə də, vətəndaşlara da ziyandır. Bu baxımdan, burada sürücülərin məsuliyyətini də qeyd etmək lazımdır”.

O qeyd edib ki, məsuliyyət məsələsi təbii ki, çox önəmlidir: 

“İnsanlar bəzən texniki vasitələr, xüsusən radar, kamera olmayan yerlərdə qaydaları daha çox pozurlar”. 

Ekspert qeyd edib ki, ölkədə nəqliyyat vasitələrinin texniki vəziyyəti ümumilikdə ürəkaçan deyil: 

“O ki qaldı texniki məsələlərə, o da burada öz sözünü deyir. Nəqliyyat vasitələrinin vəziyyəti heç də ürəkaçan deyil. Yəni avtomobil parkımızın böyük hissəsi 10, hətta 20 ildən yuxarı və daha çox istehsal ili olan avtomobillərdən ibarətdir ki, bunlara da vaxtında texniki qulluq göstərilmədiyinə görə qəzalar qaçınılmaz olur. 

Ona görə bu məsələlərə diqqəti çəkmək lazımdır. Eyni zamanda, yol təsərrüfatına diqqət etmək lazımdır, işıqlandırma məsələsi, yollarda təhlükəsizliyin təmini əsasdır, təhlükəli nöqtələri aşkar edib vaxtında tədbir görmək lazımdır. 

Hazırda bu istiqamətdə bir layihə icra edirik, ictimai müzakirə keçirdik. Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələyə daha həssas yanaşacaq. Çünki mövzu aktualdır və insan həyatından söhbət gedir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Yol qəzaları Elməddin Muradlı sürücü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri