Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir. Ölkəmizdəki istər vacib əhəmiyyətli, istərsə də məhəllə daxilində olan yolların i
Hətta ölkə başçısının qeyd edilən məsələ ilə bağlı müvafiq sərəncamı da var.
Buna baxmayraq, aidiyyəti qurumlar öz öhdələrinə düşən işləri həyata keçirmək istəmirlər.
Dəfələrlə yolun qaranlıq olması ilə əlaqədar ağır qəzalar, piyada vurma halları, hətta ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş versə də, sanki küçələrdəki işıqlandırmanı təmin etməli olan qurumlar ayılmaq istəmir.
Maraqlı olan isə odur ki, aidiyyəti qurumlar həqiqətən də işıqlandırmanın yollar üçün nə qədər önəmli olduğunu anlamır, yoxsa özlərini bu yolla artıq xərclərdən xilas etməyə çalışır?
İşıqlandırması zəif olan yollarda avtomobili idarə edən şəxsin reaksiyası da ləngiyir.
Yolu keçən piyada da sürətlə yaxınlaşan avtomobilə qarşı özünü qorumaqda gecikir.
Sürücü yol nişanını görmür və uçurumdan aşağı yumalanmaqdan xilas ola bilmir. Nəticədə, insan həyatı təhlükə altına düşür.