Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

“Yolun işıqlandırılmamasına görə qəza baş versə, qurumlar da məsuliyyət daşıyır” HÜQUQŞÜNAS FOTO

“Yolun işıqlandırılmamasına görə qəza baş versə, qurumlar da məsuliyyət daşıyır” HÜQUQŞÜNAS FOTO

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizdəki istər vacib əhəmiyyətli, istərsə də məhəllə daxilində olan yolların işıqlandırılması problemi ilə bağlı uzun müddətdir həm bizim saytımızda, həm də digər media subyektlərində xəbərlər dərc edilir. Hətta ölkə başçısının qeyd edilən məsələ ilə bağlı müvafiq sərəncamı da var. Buna baxmayraq, aidiyyəti qurumlar öz öhdələrinə düşən işləri həyata keçirmək istəmirlər. Dəfələrlə yolun qaranlıq olması ilə əlaqədar ağır qəzalar, piyada vurma halları, hətta ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş versə də, sanki küçələrdəki işıqlandırmanı təmin etməli olan qurumlar ayılmaq istəmir.

Maraqlı olan isə odur ki, aidiyyəti qurumlar həqiqətən də işıqlandırmanın yollar üçün nə qədər önəmli olduğunu anlamır, yoxsa özlərini bu yolla artıq xərclərdən xilas etməyə çalışır? İşıqlandırması zəif olan yollarda avtomobili idarə edən şəxsin reaksiyası da ləngiyir. Yolu keçən piyada da sürətlə yaxınlaşan avtomobilə qarşı özünü qorumaqda gecikir. Sürücü yol nişanını görmür və uçurumdan aşağı yumalanmaqdan xilas ola bilmir. Nəticədə, insan həyatı təhlükə altına düşür.

Mövzu ilə bağlı Avtosfer.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qurumların məsuliyyətsizliyi səbəbilə illərdir Azərbaycanda yol təsərrüfatı ilə bağlı bu cür neqativ hallar yaşanmaqdadır.

“Nə qədər deyilsə də, irad bildirilsə də, danışılsa da, yenə də yolların təmiri zamanı və yaxud da yolda yaranmış hər hansı bir problem zamanı operativ reaksiyaya olmur. Baxın, bu il qış bir az sərt geçdi, Bakıya və Respublikanın bir çox yerlərinə bir az artıq qar yağdı və yollarda bu gün dəhşətli vəziyyət yaranıb. Konkret qəza riski olan yollar artıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini, bələdiyyələri, rayon icra kimiyyətlərini dindirən kimi ağlayırlar ki, pul yoxdur, gərək pul ayırıla. “Yol hərkəti haqqında” Qanunun 7-ci maddəsində göstərilir ki, dövlətin məsuliyyəti vətəndaşın məsuliyyətindən qat-qat çoxdur.

Yəni, dövlət daha məsuliyyətli davranmalıdır. Dövlət deyəndə, yəni, adiyyəti qurumlardan söhbət gedir. Məsuliyyətsiz davranırlar, bu, birmənalıdır.

Həmin maddənin 2-ci bəndində də göstərilir ki, burada iqtisadi maraqlar vətəndaşın həyat və sağlamlığından üstün tutulmamalıdır. Bəzi qurumlar və onların rəhbərləri oturub fikirləşir ki, ora xərc çəkmək lazım deyil, bəlkə bir ildə fırladaq, 3-5 ay sonra başlayaq və s. Burada, təbii ki, burada iqtisadi maraq güdülür. Amma qanun deyir ki, iqtisadi maraq güdülməməlidir.

Vətəndaşın, insanın həyatından, sağlamlığından söhbət gedirsə, burada heç bir maraq güdülə bilməz. Dərhal o problemlər, o nöqsanlar aradan qaldırılmalıdır. Qaldırmırlarsa, deməli, həmin qurumlar, həmin şəxslər bu qanunun tələbini pozurlar. Qanunun tələbini pozduqlarına görə də məsuliyyətə cəlb olunmurlar. Təəssüf ki, cəlb olunmurlar və belə olan halda da onların əl-qolu daha da genişlənir. Nəticə etibarı ilə daha məsuliyyətsiz hərəkətlərə revac verirlər, davam edirlər.

Adiyyəti qurumlardan xahişimiz odur ki, bu şəxslər qarşısında sərt mövqe ortaya qoysunlar. Onlar artıq başa düşməlidirlər, qanun nədir, qayda nədir, məsuliyyət nədir. Görünür, bəziləri başa düşmür. Biz son günlər həqiqətən çox narahatıq ki, Respublikanın, demək olar ki, hər yerindən yollarla bağlı narahatlıq doğuran məlumatlar gəlir.  Vətəndaşlar şikayət edir ki, bax, burada qəza riski var, burada problem var, burada təhlükə var. Vətəndaşlar bunu görür, adiyyəti qurumlara çatdırır, adiyyəti qurumlar bunu niyə görmür? Maraqlıdır. Mən əminəm ki, görürlər, sadəcə məsuliyyətsiz yanaşırlar. İndi gəlin gedək, o yolda balaca bir çuxur qazaq, o yolda indiyə qədər vətəndaşların şikayət etdiyi nöqtələri görməyən qurumlar dərhal ortaya çıxacaq və səni tutub məsuliyyətə cərb edəcək ki, sən burada niyə çuxur qazırsan, cərimələyirəm səni. Özlərinə lazım olanda çıxırlar ortalığa, lazım olmayanda çıxmırlar.

Bax, bizim də problemimiz budur. Düşünürəm ki, hüquq muhafizə orqanları insanların həyatına, biganə yanaşan bu qurumlara qarşı ciddi tədbir görməlidir”.

Hüquqşünas Şamil Paşayevin fikrincə, Ümumiyyətlə, yola qulluq etməli olan müvafiq dövlət qurumları yolda xidmət aparılarkən, yolda qazıntı işləri aparılarkən, su, qaz, digər xətlər çəkilərkən, hər hansı bir təmirlə bağlı və yaxud da yenidənqurma ilə bağlı işlər görülərkən mütləq şəkildə KİV  ilə vətəndaşlara məlumat verilməlidir.

“Eyni zamanda yollarda aydın, nəzərə çarpacaq bilgiləndirmə olmalıdır. Yəni bu, həm gecənin qaranlıq vaxtında, həm gündüz vaxtında gözlə aydın görənə biləcək, şəxsləri məlumatlandıra biləcək səviyyədə olmalıdır ki, şəxslər, sürücülər həmin ərazidə təmir tikinti işlərinin görüldüyünü, qaza riskinin olduğu ilə bağlı məlumatlı olsunlar.

Bu kimi hallara riayət etmədən, yollarda aparılan təmir və yenidənqurma işləri sürücülərin hüquqlarının pozulması ilə müşahidə edilməli deyil. Əgər bu kimi hallara görə hər hansı bir qaza baş verərsə və qaza nəticəsində sürücəyə və yaxud da digər şəxslərə maddi ziyanı dəyərsə, aidiyyəti qaydada bu maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib həmin təmir-tikinti işlərini görən dövlət qurumundan təzminat ala bilərlər. Eyni zamanda, bəzən ola bilir ki, qəzalar baş verir və qazalarda şəxslərin sağlamlığına zərər dəyir, hətta ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Azərbaycanda ekspertizaların və hüquq mühafizə orqanlarının yanaşması yalnız “hər zaman sürücü günahkardır” tezisinə uyğun olduğuna görə burada digər aidiyyəti qurumların hərəkətləri və hərəkətsizliyi arxa planda qalır. Əslində, qazanın baş vermə səbəbi araşdırılanda, baş verən yol-nəqliyyat hadisəsi ilə hadisə zamanı şəxslərin ölümü və xəsarət almasının aidiyyəti qurumlarla səbəb-nəticə əlaqələri varsa, belə olan halda, dövlət qurumları, təmir və tikinti işləri aparan digər aidiyyəti qurumlar da məsuliyyət daşıyırlar və bundan bağlı aidiyyəti qaydada həmin tərəfə təzminat vermə vəzifəsini üzərlərində daşıyırlar. Bundan bağlı, şəxsləri müavfiq qaydada hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilərlər”.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Sentyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri