Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elçin Bayramlı I YAZI Biz öyrənənədək dərs davam edəcək İnsan yarandığı andan dünyanı, öz varolma məqsədini və vəzifəsini dərk etməyə çalışıb.
Minillər boyu milyonlarla alim, müdrik, ruhani şəxslər bu suala cavab axtarıb.
Son dövlərə qədər bu suallara ancaq dinin köməyi ilə cavab tapmaq mümkün idi.
Lakin son əsrlərdə bu sıraya elm də qoşuldu və əsas suallara cavab tapmaqda xeyli imkanlar yaratdı.
Əlbəttə ki, hələ də ən təməl suallara sübut oluna bilən konkret cavablar yoxdur, necə deyərlər, “biz onu bilirik ki, heç nə bilmirik”, amma son elmi naliyyətlər bu sahədə inqilabi dönüş yaratdı.
Lakin burada əsas problem onda idi ki, bəzi qüvvələr elmi materialist əsasda inkişaf etdirməyə çalışdılar, bu halda isə çoxbaşlı əjdaha nağılında olduğu kimi, 1 suala cavab tapıldıqda daha 10 sual meydan çıxırdı.
Nəticədə suallar həndəsi silsilə artmağa başladı. Yaradılışın sirrinə vaqif olmağa çalışan müdrik insanlar başa düşdülər ki, cavab yalnız el