Icma.az
close
up
RU
Yox olan varlıq, yoxsa var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU

Yox olan varlıq, yoxsa var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU

Ses qazeti-dan alınan məlumatlara görə, Icma.az xəbər verir Yox olan varlıq, yoxsa var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU.

Elçin Bayramlı

I YAZI

Biz öyrənənədək dərs davam edəcək

İnsan yarandığı andan dünyanı, öz varolma məqsədini və vəzifəsini dərk etməyə çalışıb. Minillər boyu milyonlarla alim, müdrik, ruhani şəxslər bu suala cavab axtarıb. Son dövlərə qədər bu suallara ancaq dinin köməyi ilə cavab tapmaq mümkün idi. Lakin son əsrlərdə bu sıraya elm də qoşuldu və əsas suallara cavab tapmaqda xeyli imkanlar yaratdı. Əlbəttə ki, hələ də ən təməl suallara sübut oluna bilən konkret cavablar yoxdur, necə deyərlər, “biz onu bilirik ki, heç nə bilmirik”, amma son elmi naliyyətlər bu sahədə inqilabi dönüş yaratdı. Lakin burada əsas problem onda idi ki, bəzi qüvvələr elmi materialist əsasda inkişaf etdirməyə çalışdılar, bu halda isə çoxbaşlı əjdaha nağılında olduğu kimi, 1 suala cavab tapıldıqda daha 10 sual meydan çıxırdı. Nəticədə suallar həndəsi silsilə artmağa başladı. Yaradılışın sirrinə vaqif olmağa çalışan müdrik insanlar başa düşdülər ki, cavab yalnız elmlə dinin vəhdətində tapıla bilər. Müasir elm, texnologiya və informasiya dövründə belə bir imkan heç vaxt olmadığı qədər güclüdür. Artıq belə yanaşmalar insanlara daha doğru gəlir. Məşhur ispan yazıçısı Joze Rodriges dos Santosun “Tanrının formulu” adlı əsəri belə nümunələrdən ən müəkəmməlidir.

Kvant fizikasının və molekulyar biologiyanın son kəşfləri nəticəsində elm dalana dirəndi. Məlum oldu ki, maddə faktiki olaraq yoxdur. Atomların tərkibinə- protonların, elektronların, neytronların, quarkların... dərinliyinə getdikdə fiziki çəkiyə, həcmə və formaya malik son bölünməz hissəciyi tapmaq mümkün olmadı. Yəni, tam bir boşluğa girildi, başqa sözlə maddənin kökündə yoxluqdur, faktiki olaraq maddi olan heç nə yoxdur... Materialist elm şoka düşdü...

Maddə deyilən hər şeyin enerji olduğu, enerjinin müxtəlif formatlarda və konfiqurasiyalarda bir yerə yığılıb maddəyə oxşadığı artıq elmi həqiqətdir. İşığın foton dalğaları ilə necə saniyədə 300 min km məsafə qət etməsi, bu gücü və enerjini haradan aldığı tam aydın deyil. Fotonların həm parçacıq, həm dalğa olması faktının ortaya çıxması isə ayrı bir şokdur.

Cüt yarıq eksperimenti elmdə şok effekti yaratdı. Son bölünməz hissəciyin superpozisiyada- eyni anda müxtəlif yerlərdə ola bilməsi isə artıq elmin dirəndiyi “tupik”in sonudur. Üstəlik, bu eksperimentlə son bölünməz hissəcəyin də şüurlu olduğunun təsdiqlənməsi alimləri şoka saldı. Kainatdakı bütün atomların bir biri ilə trilyonlarla işıq ili məsafədən belə eynizamanlı əlaqədə olduğu aydın oldu.

Yalnız düşüncənin, biliyin enerji formasında qalması, “maddə”yə çevrilməməsi bədəndən fərqli olaraq onun maddi kainata aid olmadığını, maddi qanunlara tabe olmadığını göstərir. Ruhun qeyri-maddi əbədi həyatı və yaddaşı var ki, bunlar maddi qanunlara tabe deyil. Maddə dediyimiz formalar Yaradanın əmri və ya ruhun istəyi ilə enerjinin müxtəlif formalarına düşərək ətrafda maddi dünya yaratmasından ibarətdir. 5 duyğu hissi ilə hiss etdiklərimiz maddənin var olduğunu sübut etmir, sadəcə beynin işıq, dalğa, səs və sair enerji siqnallarını emal edərək onu yaratmasını göstərir. Yəni, bütün bunlar simulyasiyadır və maddi həyat matriksdir. Uyğun siqanalları kənardan süni şəkildə beyinə ötürməklə ona istənilən olmayan şeyi göstərmək, eşitdirmək və hiss etdirmək mümkündür. Virtual reallıq texnologiyası bu əsasda hazırlanır.

Atomun tərkibində elektron, proton və neytronların arasındakı məsafə özlərinin ölçüsü ilə müqayisədə o qədər böyük ölçüdədir ki... faktiki olaraq biz heç nəyə toxuna bilmirik, arada həmişə boşluq olur. Biz sadəcə enerji və dalğalar vasitəsilə bunu hiss edirik.

Kainatdakı hər fəaliyyətin bütün kainata təsir etdiyini görürük. Dünyada atom sayı dəyişmir. Yəni, heç kim ölmür, heç nə yox olmur, sadəcə formasını dəyişir. Əvvəllər canlı və cansız deyə təsnifatlaşdırdığımız dünya modelinin səhv olduğu aydın oldu- cansız heç nə yoxdur, hər şey canlıdır və şüurludur. Hər şeyin öz missiyası, rolu var və hər şey daimi hərəkətdə, qarşılıqlı əlaqədədir. Kainatda statik heç nə yoxdur. Lakin yaradılışda hər şey determinist qanunlarla işləyir.

Qayıdaq elmin son şoklarına. Yaradılışın sirrini tapmaq istəyən alimlər belə qərara gəldilər ki, reallığın sadəcə illüziya olmadığını sübut etmək üçün onlar "nöqtəvi hissəciyi" kəşf etməlidirlər və buna Böyük Adron Kollayderi kimi texnologiyalar vasitəsi ilə nail olmaq olar.

Bu qurğu əslində atom hissəciklərini bir-biri ilə çarpışdıraraq parçalamaq üçün nəzərdə tutulmuşdu. Təcrübələr zamanı fiziki dünyanın maddi olmadığı ortaya çıxdı. Belə ki, gördüyümüz reallıq əslində illüziyadır və hər şey enerjidən ibarətdir.

Kopenhagen interpretasiyasına görə, müşahidəçi olmadığı halda reallıq mövcud deyildir. Yəni, biz mövcuduqsa ətrafımızda nəsə var, yoxuqsa yoxdur. Yəni, reallıq maddə yox, enerjidir və bu enerji şüurun onu müşahidə etməsini hiss edir və ona görə davranır, ona görə forma alır. Cüt yarıq təcrübəsində son bölünməz hissəciyin fotonlar şəklində ötürülərkən divarda qoyulmuş yarıqlardan necə bölünərək keçdiyini görən kvant fizikləri şoka düşdülər. Lakin onları daha bir şok gözləyirdi- parçacıq onu müçşahidənin varlığını hiss edir və yalnız 1 yarıqdan keçirdi, müçşahidə olmadıqda isə bu “bölünməyən” son hissəcik bölünərək fərqli yarıqlardan keçirdi. Boşluqdan ibarət olan çəkisiz parçacığın belə şüurlu olduğu və ətrafda baş verənləri dərk edib öz sirrini verməmək üçün ağıllı davrandığı məlum olanda alimlərin beyni “yandı”.

Kvant fizikləri belə hesab edirlər ki, reallıq ona görə mövcuddur ki, kainatı təşkil edən enerjiylə qarşılıqlı əlaqədə olan insan şüuru onun mövcud olmasını istəyir. Bu artıq simulyativ həyat nəzəriyyəsini vurğulayır. Biz maddi varlıq olaraq fiziki dünyada yox, şüur olaraq matriksdə yaşayırıq. Şüurumuz ətrafımızdakı prosesləri beynimizdə formalaşdırır və bizə onları yaşadır. Hər şey düşüncələrimizdən ibarət olur. Dekart ona görə deyirdi ki, “düşünürəmsə, varam”. Bunu dərk etmək və qəbul etmək asan olmasa da, əgər bu yekun olaraq elmi şəkildə qəbul olunsa, biz fiziki bədənimizin və maddi kainatın əslində mövcud olmadığını qəbul etməli olacağıq. Əlbəttə, burada, maddi kainatda. Əbədi qeyri-maddi kainatda isə biz mövcuduq, lakin buradakı həyatımız (ilahi matriksdəki proyeksiyamız) oradakı ali şəxsiyyətimiz tərəfindən idarə olunur.

Kainatı bürümüş “qaranlıq maddə”nin varlığı aydın olsa da, onun nədən ibarət olması haqda heç cür fakt əldə etmək olmur. Fəza boşluğu saydığımız bu görünməyən zəmin üzərində bütün maddi kainat atomları bir-biri ilə kəsintisiz bağlıdır.

Bu, o deməkdir ki, əslində boşluq yoxdur və bütün kainat atomları, enerjiləri “qaranlıq maddə” ilə bir-birinə bağlıdır və qarşılıqlı əlaqədə olan iki hissəcik daim bir-birinə təsir göstərir.

Ehtimal olunur ki, müşahidə etdiyimiz adi maddə kainatın cəmi 5%-ni təşkil edir. Digər hissə isə 68% qara enerji və 27% qara maddədən ibarətdir. Bu qara maddənin nə olduğunu elm hələ də dərk edə bilmir. Bu, nə maddədir, nə enerjidir, nə də dalğa.

Dolaşıqlıq nəzəriyyəsində aşkar olunan bir məqam isə lap təəccüblüdür- iki hissəcik qarşılıqlı əlaqədə olan zaman hissəciklərdən hər biri digərinin fırlanmasına təsir göstərir. Əgər iki hissəcik bir-biriylə dolaşıblarsa, o zaman onlar həmişə qarşılıqlı təsirdə olacaqlar. Məsafədən asılı olmayaraq bir hissəciyin fırlanması digərinin fırlanmasına təsir göstərəcək- İstər biri kainatın o başında olsun, o biri isə bu başında, heç bir zaman və məsafə məhdudiyyət yoxdur! Bunu dərk edə bilirsinizmi? Əlbəttə yox. Bu son elmi dəhşətləri kvant fizikləri belə dərk edə bilmirlər və bəziləri dəli olmaq üzrədir. Bu o deməkdir ki, insan Yaradılışın sirrinə heç vaxt vaqif ola bilməyəcək- bu Yaradanın kurasiyasındadır və bizə maddi dünyadakı həyatımızda məhdud çərçivədə bilik əldə etmək imkanı verilmişdir. İlahi biliklər yalnız maddi dünyadan qurtulub ədəbi kainata yüksəldiyimiz zaman açılacaq.

Bununla da bitmir. Uzaq məsafələrdən bir-biriylə əlaqə yaradan tədqiqatçılar bu halı canlı hüceyrələrdə də müşahidə edə biliblər. Məşhur eksperimentlərdən birində tədqiqatçılar Petri qabında yosun hüceyrələri yetişdirmişdilər. Sonra isə onlar bu hüceyrələri iki hissəyə ayıraraq, bir hissəsini digər laboratoriyaya aparmışdılar. Müşahidələr zamanı məlum olmuşdu ki, iki qabı bir neçə hissəyə ayırsalar belə, bir qabdakı aşağıvoltlu cərəyan uzaqda yerləşən digər qabdakı hüceyrələrə eyni anda təsir göstərir.

Bu son kəşflərdən sonra biz artıq kainatı bizim təsəvvür və hiss etdiyimiz hər şeyin mövcud olduğu fiziki sfera şəklində təsəvvür edə bilmərik. Biz kainatı məşhur fizik Rocer Penrouzun nəzəriyyələşdirdiyi kimi, yəni məhz informasiya kimi qəbul etməliyik. Yəni, həyat yalnız bilikdən ibarətdir!

Belə məlum olur ki, fiziki kainat bizim hamımızın gözəgörünməz şəkildə əlaqədə olduğumuz abstrakt kainatın məhsuludur. İnformasiya sadəcə olaraq maddi kainatın fiziki konstruksiyalarında yer alır, ancaq bizim fiziki vəziyyətimizə abstrakt məkandan ötürülür. Məşhur Ervin Şredingerin dediyi kimi: “Bizim material cisim və qüvvə şəklində müşahidə etdiyimiz hər şey, əslində fəzanın strukturundakı formalar və variasiyalardır. Hissəciklər isə sadəcə görüntüdür”. Şredingerin məşhur pişik təcrübəsinə baxın, bu paradoks izah olunmazdır.

Sadə dildə desək, hər şey enerjidən ibarətdir, enerji isə maddi deyil. Bu maddi həyatdan aparacağımız yeganə şey isə informasiya olacaq- topladığımız bilik, təcrübə, hisslər, düşüncələr...

Kainatda heç bir enerji, səs heç vaxt itmir, müxtəlif frekanslarda dalğalar formasında dövr edir. Düşüncənin, səsin, baxışın gücü ilə nələr edildiyi haqda çox faktlar var və burada heç bir maddi təsirdən söhbət getmir. Hipnozla bağlı elmi təcrübələr bu sahədə çox möhtəşəm biliklər əldə edilməsinə səbəb oldu. Əvvəlki həyatlarını xatırlayanlar, həyatda heç vaxt bilə bilməyəcəyi məlumatları bülbül kimi ötənlər... Kliniki ölüm keçirən milyonlarla insanın təcrübələrini araşdırmaq hər şeyi aydın göstərir. İnsan (Ruh) ölmür, ölə də bilməz, sadəcə paltarını (bədənini) dəyişir və məkanını (maddi dünyanı) dəyişir. Bəzən bu proses (reinkarnasiya) təkrar-təkrar baş verir- bu virtual məktəbdə dərslər biz öyrənənədək davam edir. Ta ki maddi dünyadan (illüziyadan) qurtulub əbədi dünyaya keçməyə layiq olanadək.

A.Eynşteynin sözləriylə desək, bu dünya həqiqətən, illüziyadan ibarətdir və bu illüziya çox möhtəşəmdir.

Ardı olacaq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə şad xəbər! Əməkhaqqı və mükafatlarla bağlı yeni dəyişikliklər FOTO

11 Fevral 2025 23:42see4211

Torpağın tikinti üçün təyinatı necə dəyişdirilə bilər? Ekspertdən açıqlama

11 Fevral 2025 19:40see136

Netanyahu HƏMAS a xəbərdarlıq edib

11 Fevral 2025 21:59see133

Qərbi Azərbaycan Xronikası: Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq Türk tarixinin izi

11 Fevral 2025 23:13see128

Qurban Qurbanov: Boşluqlardan düzgün istifadə etdik

11 Fevral 2025 22:10see125

Soyuq duş stresə qarşı müqaviməti inkişaf etdirir və...

11 Fevral 2025 22:05see125

Rusiyanın məşhur aparıcısı iflic olub

12 Fevral 2025 01:10see120

Ənvər İbrahim Ərdoğana təşəkkür etdi

12 Fevral 2025 08:27see119

Netanyahu nazirlərə qadağa qoyub: Atəşkəs və əsir mübadiləsindən kimsə danışmasın

12 Fevral 2025 00:16see119

Ukrayna ordusu bu ərazidə mühasirəyə düşdü

12 Fevral 2025 00:04see118

Sağlam marmeladı necə seçmək olar?

11 Fevral 2025 23:46see118

Bu gün hansı bürcün bəxti gətirəcək?

12 Fevral 2025 08:34see117

Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır

12 Fevral 2025 08:39see116

Şuşa abadlaşdırma ilə əlaqədar 361 min xərclənəcək

12 Fevral 2025 08:27see116

Küçə musiqiçisi reper P.Diddini zorlamaqda ittiham edib

12 Fevral 2025 07:20see113

Ermənistanın “dollar bulağı” bağlanır...

11 Fevral 2025 20:26see113

Rus evi nin bağlanması mesajdır? AÇIQLAMA

12 Fevral 2025 14:13see111

Tarixçilər akademiki təbrik etdilər

11 Fevral 2025 21:16see109

Münahisə etdiyi arvadını belə ÖLDÜRDÜ

12 Fevral 2025 16:50see107

“Bağdan”ın tomat pastaları kiflənib Foto

12 Fevral 2025 13:47see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri