YPG Əhməd əş Şaranın prezidentliyini TANIMADI | Icma.az
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
PKK terror qruplaşmasının Suriyadakı qolu olan YPG müvəqqəti Prezident Əhməd əş-Şaranın hakimiyyətini tanımadığını bəyan edib.
“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı terror qruplaşması bəyanat yayıb.
Sözügedən bəyanatda “Suriyadakı avtoritar rejim” ifadəsi yer alıb və üstüörtülü şəkildə Əhməd əş-Şaranın prezidentliyini tanımadıqlarını göstərilib.
YPG Suriyada mərkəzi rejimin qurulmasının tərəfdarı olduğunu açıqlayıb.
Xatırladaq ki, Əhməd əş-Şara 29 yanvarda keçid dönəmində özünün müvəqqəti Suriya Prezidenti olacağını elan edib.
O, 2012-ci ildə qəbul olunan konstitusiyanı ləğv edib, parlamenti, eləcə də Əsəd rejiminə bağlı ordunu və təhlükəsizlik qüvvələrini buraxıb.
Aslan “Cebheinfo.az” Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu