YPG Əhməd əş Şaranın prezidentliyini TANIMADI
PKK terror qruplaşmasının Suriyadakı qolu olan YPG müvəqqəti Prezident Əhməd əş-Şaranın hakimiyyətini tanımadığını bəyan edib.
“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı terror qruplaşması bəyanat yayıb.
Sözügedən bəyanatda “Suriyadakı avtoritar rejim” ifadəsi yer alıb və üstüörtülü şəkildə Əhməd əş-Şaranın prezidentliyini tanımadıqlarını göstərilib. YPG Suriyada mərkəzi rejimin qurulmasının tərəfdarı olduğunu açıqlayıb.
Xatırladaq ki, Əhməd əş-Şara 29 yanvarda keçid dönəmində özünün müvəqqəti Suriya Prezidenti olacağını elan edib.
O, 2012-ci ildə qəbul olunan konstitusiyanı ləğv edib, parlamenti, eləcə də Əsəd rejiminə bağlı ordunu və təhlükəsizlik qüvvələrini buraxıb.
Aslan
“Cebheinfo.az”
Baxış sayı:58
Mənbə:https://cebheinfo.az