Yük maşınını qaçırıb qəza törədən QADIN SAXLANILDI VİDEO

03.06.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Yük maşınını qaçırıb qəza törədən qadın saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində  baş verib.

Belə ki, Osmanqazi rayonunda sürücülük vəsiqəsi olmayan qadın küçədə dayanmış yük maşınının içərisinə daxil olaraq onu işə salıb və oradan uzaqlaşıb. Qadın qısa müddət sonra sükanın idarəetməsini itirərək “Renault” markalı minik avtomobili ilə toqquşub. Qadın hadisə yerinə gələn yük maşını sahibi və ətrafdakı insanlar tərəfindən yaxalanıb. Vətəndaşlardan biri yaşadığı şokdan danışa bilməyən qadını məzəmmət edərək, "Yük maşını oğurlamağa necə cürət edirsən, sürücülük vəsiqən belə yoxdur" - deyib.

Daha sonra hadisə yerinə polis əməkdaşları çağırılıb. Araşdırma zamanı qadının sürücülük vəsiqəsinin olmadığı məlum olub. Saxlanılan şübhəli ifadə vermək üçün polis bölməsinə aparılıb.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью