Yük maşınını qaçırıb qəza törədən QADIN SAXLANILDI VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Yük maşınını qaçırıb qəza törədən qadın saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Belə ki, Osmanqazi rayonunda sürücülük vəsiqəsi olmayan qadın küçədə dayanmış yük maşınının içərisinə daxil olaraq onu işə salıb və oradan uzaqlaşıb. Qadın qısa müddət sonra sükanın idarəetməsini itirərək “Renault” markalı minik avtomobili ilə toqquşub. Qadın hadisə yerinə gələn yük maşını sahibi və ətrafdakı insanlar tərəfindən yaxalanıb. Vətəndaşlardan biri yaşadığı şokdan danışa bilməyən qadını məzəmmət edərək, "Yük maşını oğurlamağa necə cürət edirsən, sürücülük vəsiqən belə yoxdur" - deyib.
Daha sonra hadisə yerinə polis əməkdaşları çağırılıb. Araşdırma zamanı qadının sürücülük vəsiqəsinin olmadığı məlum olub. Saxlanılan şübhəli ifadə vermək üçün polis bölməsinə aparılıb.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 İyun 2025 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















