Yüksək Liqada yeni mövsüm start götürdü

03.12.2024

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qadın voleybolçular arasında Yüksək Liqa start götürüb.

Sportal.az xəbər verir ki, bu gün Bakıda və Gəncədə I turun oyunları keçirilib.

Gəncə İdman Sarayında “Gəncə”nin qonağı “Abşeron” komandası olub. Bakıda isə GİN-nin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Azərreyl”, “Murov Az Terminal” klubunun idman zalında “Murov Az Terminal” UNEC-lə üz-üzə gəliblər. Hər üç oyunda 3:0 hesabı qeydə alınıb. 

Yüksək Liqa (qadınlar)
I tur
3 dekabr 

“Gəncə” - “Abşeron” 0:3 (26:28, 18:25, 21:25)
“Milli Aviasiya Akademiyası” - “Azərreyl” 0:3 (19:25, 18:25, 21:25)
“Murov Az Terminal” - UNEC 3:0 (25:8, 25:13, 25:12)

Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 6-7 dekabr tarixlərində keçiriləcək.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью