Yüksək Liqada yeni mövsüm start götürdü
Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qadın voleybolçular arasında Yüksək Liqa start götürüb.
Sportal.az xəbər verir ki, bu gün Bakıda və Gəncədə I turun oyunları keçirilib.
Gəncə İdman Sarayında “Gəncə”nin qonağı “Abşeron” komandası olub. Bakıda isə GİN-nin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Azərreyl”, “Murov Az Terminal” klubunun idman zalında “Murov Az Terminal” UNEC-lə üz-üzə gəliblər. Hər üç oyunda 3:0 hesabı qeydə alınıb.
Yüksək Liqa (qadınlar)
I tur
3 dekabr
“Gəncə” - “Abşeron” 0:3 (26:28, 18:25, 21:25)
“Milli Aviasiya Akademiyası” - “Azərreyl” 0:3 (19:25, 18:25, 21:25)
“Murov Az Terminal” - UNEC 3:0 (25:8, 25:13, 25:12)
Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 6-7 dekabr tarixlərində keçiriləcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 03 Dekabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















