Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır. Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkə Pakistandır.
Qardaş ölkə Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 12-də tanıyıb.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur.
Pakistan Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələri qurduğu ölkələrdəndir.
İki qardaş, dost ölkə arasındakı qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bu gün Azərbaycanla Pakistan əlaqələri ən yüksək səviyyədədir.
Məlum olduğu kimi, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə dövlət səfəri etmişdir.
Səfər çərçivəsində Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirmiş, görüşlərdə iki ölkə arasındakı münasibətlərin hazırki inkişaf səviyyəsi müzakirə edilmiş, gələcək perspektivlər müəyyən edilmişdir.