Icma.az
close
up
RU
Yüksək səviyyəli Azərbaycan Pakistan əlaqələri

Yüksək səviyyəli Azərbaycan Pakistan əlaqələri

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkə Pakistandır. Qardaş ölkə Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 12-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur.

Pakistan Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələri qurduğu ölkələrdəndir. İki qardaş, dost ölkə arasındakı qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün Azərbaycanla Pakistan əlaqələri ən yüksək səviyyədədir.

Məlum olduğu kimi, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə dövlət səfəri etmişdir. Səfər çərçivəsində Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirmiş, görüşlərdə iki ölkə arasındakı münasibətlərin hazırki inkişaf səviyyəsi müzakirə edilmiş, gələcək perspektivlər müəyyən edilmişdir. Dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olmuşdur. Prezident İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. Daha sonra Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi bir daha nümayiş etdirir ki, iki qardaş ölkənin münasibətləri daim inkişaf edir. Eyni zamanda bu xalqlarımız arasında sarsılmaz dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirəcəkdir. İmzalanan sənədlər arasında mədəni və humanitar sahələrə xüsusi əhəmiyyət verilib.

Azərbaycan və Pakistan arasındaəsas strateji hədəflər iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsidir.

Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq, dostluq, əməkdaşlıq münasibətlərindən bəhs edib. Ölkə başçısı qarşılıqlı səfərlərin bütövlükdə ölkələrimiz arasında sıx münasibətləri əks etdirdiyini bildirib.

Dövlətimizin başçısı həmkarı ilə görüşü zamanı ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdiklərini və iki ölkə arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdiklərinibildirib. Görüşdə ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğulanıb.

Prezident İlham Əliyev qeyd edib ki, iki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.

Ölkə başçısı həmçinin zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdiklərini, beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqe və baxışlarının tam üst-üstə düşdüyünü bildirib.

“Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik.”, - deyə qeyd edən Prezident İlham Əliyev iki ölkə arasındakı ticarət dövriyyəsinin cəmi bir neçə on milyonla ölçüldüyü məyyusluq doğurduğunu bildirib, ticarət dövriyyəsinin artırmağın vacibliyini vurğulayıb. Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları olduğunu qeyd edib. Prezidentİlham Əliyev hazırda birneçə ay əvvəl Pakistan tərəfindən alınan layihələrinqiymətləndirildiyini diqqətə çatdırıb.

Ölkə başçısı çıxışında iki ölkə arasında imzalanan razılaşmalardan da bəhs edib.Bu gün imzalanmış razılaşmaların bunula məhdudlaşmadığını vurğulayıb. Bir çox sazişlərin digər auditoriyalarda artıq imzalandığını və Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayının 10-dan artıq olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığın müzakirə etdilənəsas məsələlərdən biri olduğunu bildirib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri