Yüksək tonajlı yük maşınlarının asfalta vurduğu zərərin qarşısı necə alınır? RƏSMİ AÇIQLAM…
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yük maşınlarının yollara vurduğu zərərin azaldılması həm yol infrastrukturu, həm də ətraf mühit baxımından böyük əhəmiyyət kəsb edir.
Yüksək tonajlı yük maşınlarının yaratdığı aşınma asfaltın və digər yolda olan materialların sürətli şəkildə köhnəlməsinə səbəb olur.
Bu baxımdan, müxtəlif mexanizmlərin tətbiqi bu zərərin qarşısını almaq üçün vacibdir.
Yüksək tonajlı yük maşınlarının yollara vurduğu zərəri azaltmaq üçün hansı mexanizmləri tətbiqi zəruridir?
Mövcud mexanizmlər nə dərəcədə effektivdir? Yolların istifadə müddətinin uzadılması üçün əlavə hansı işlərin görülməsi mütləqdir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Avtosfer.az-a açıqlamasında bildirib ki, Agentlik tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunması məqsədilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən elektron tərəzilər və çiplər quraşdırılması işləri davam etdirilir: “Yeni texnologiyaya əsaslanan elektron tərəzilər 2 mərhələdə quraşdırılacaq.
1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə isə 20 yerdə 34 tərəzinin quraşdırılması planlaşdırılıb.
Tam oxu
Xəbəri oxu