Yumurta ucuzlaşıb Səbəb nədir?

19.06.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son günlərədək 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurta marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var.

Bunun səbəbi nədir? Məhsul çoxdur, yoxsa başqa səbəblər var?

İqtisadçı Natiq Cəfərli  Banco.az-a açıqlamasında bildirib ki, yəqin ki, bunun əsas səbəbi ixracın dayanmasıdır: 

"İxrac dayandıqda daxili bazarda bolluq yaranır və nəticədə qiymətlər aşağı düşür. Üstəlik, yumurta yay aylarında tez xarab olan məhsuldur və onu uzun müddət saxlamaq mümkün deyil. Çox güman ki, qiymət enişi də bununla əlaqədardır.

Bunun uzunmüddətli davam edəcəyini isə düşünmürəm. Çünki belə vəziyyət istehsalçılar üçün ciddi zərərlərə səbəb olacaq. Əgər onlar məhsullarını sata bilməsələr, bizneslərini inkişaf etdirə bilməyəcəklər. Ümumiyyətlə, hər hansı məhsulun həddindən artıq ucuz olması heç də həmişə müsbət hal deyil. Bunun uzunmüddətli fəsadları ola bilər. Hətta şirkətlər bazardan çəkilərsə, bir müddət sonra əksinə, yumurta bazarında ciddi bahalaşma ilə üzləşə bilərik".

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью