Yumurta ucuzlaşıb Səbəb nədir?
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Son günlərədək 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurta marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var.
Bunun səbəbi nədir? Məhsul çoxdur, yoxsa başqa səbəblər var?
İqtisadçı Natiq Cəfərli Banco.az-a açıqlamasında bildirib ki, yəqin ki, bunun əsas səbəbi ixracın dayanmasıdır:
"İxrac dayandıqda daxili bazarda bolluq yaranır və nəticədə qiymətlər aşağı düşür. Üstəlik, yumurta yay aylarında tez xarab olan məhsuldur və onu uzun müddət saxlamaq mümkün deyil. Çox güman ki, qiymət enişi də bununla əlaqədardır.
Bunun uzunmüddətli davam edəcəyini isə düşünmürəm. Çünki belə vəziyyət istehsalçılar üçün ciddi zərərlərə səbəb olacaq. Əgər onlar məhsullarını sata bilməsələr, bizneslərini inkişaf etdirə bilməyəcəklər. Ümumiyyətlə, hər hansı məhsulun həddindən artıq ucuz olması heç də həmişə müsbət hal deyil. Bunun uzunmüddətli fəsadları ola bilər. Hətta şirkətlər bazardan çəkilərsə, bir müddət sonra əksinə, yumurta bazarında ciddi bahalaşma ilə üzləşə bilərik".
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 İyun 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















