Yumurtanın xeyirləri BUNLARDIR AYDINLIQ GƏTİRİLDİ | Icma.az
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Yumurtanın tərkibindəki makro və mikro elementlərin bol olmasına görə bioloji dəyəri yüksək olan qidalardandır.
Yaxşı olar ki, yumurtanı qəbul edərkən onu mənşəyi bəlli olan təbii yetişdirilən toyuq yumurtasından istifadə etmək daha faydalıdır".
Bu sözləri SİA-ya açıqlamasında qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, yumurta təbii zülal mənbəyidir, eyni zamanda tərkibində bir çox əvəzolunmaz amin turşuları var: "Orqanizmə də bir çox faydaları var.
Səhər yeməyində qəbul etdikdə uzun müddət tox saxlayır və əzələ itkisinin qarşısını alır.
Göz sağlamlığı üçün, mərkəzi beyin sisteminin yaxşı çalışması üçün önəmli qidalardan hesab olunur.
Tərkibində biotin və A vitaminin çox olması saç və dəri üçün də faydalıdır.
Tam oxu
Xəbəri oxu