Icma.az
close
up
RU
Yumurtanın xeyirləri BUNLARDIR AYDINLIQ GƏTİRİLDİ

Yumurtanın xeyirləri BUNLARDIR AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yumurtanın tərkibindəki makro və mikro elementlərin bol olmasına görə bioloji dəyəri yüksək olan qidalardandır. Yaxşı olar ki, yumurtanı qəbul edərkən onu mənşəyi bəlli olan təbii yetişdirilən toyuq yumurtasından istifadə etmək daha faydalıdır". Bu sözləri SİA-ya açıqlamasında qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, yumurta təbii zülal mənbəyidir, eyni zamanda tərkibində bir çox əvəzolunmaz amin turşuları var: "Orqanizmə də bir çox faydaları var. Səhər yeməyində qəbul etdikdə uzun müddət tox saxlayır və əzələ itkisinin qarşısını alır. Göz sağlamlığı üçün, mərkəzi beyin sisteminin yaxşı çalışması üçün önəmli qidalardan hesab olunur.

Tərkibində biotin və A vitaminin çox olması saç və dəri üçün də faydalıdır. Qəbul edərkən qaynadılmış və yaxud da az yağda bişmiş halda yeyildikdə bu daha çox faydalı olur və orqanizmdə düzgün şəkildə həzm olunur. Bir çox hallarda yumurtanı fərqli şəkildə qəbul edirlər ki, bu zaman pendirli, kolbasalı, xüsusilə də yağlı pendirlərlə birlikdə bişirdikdə bu zaman kalori miqdarı arta bilər. Bu da kilo artımına gətirib çıxara bilər. Amma yağda bişmiş halda miqdarı keçməmək şərtilə qəbul olunsa çəkini artırmayacaq.

Yumurtanın yanında mövsümü tərəvəzlərdən istifadə olunsa ki, bu yay mövsümündə xiyar, pomidor bir çox hallarda göyərti, digər mövsümü tərəvəzlərdən istifadə etməklə yumurtanın daha çox qəbul etmiş oluruq. Bu da onun faydalı olmasına gətirib çıxara bilir.

Bir çox hallarda xüsusilə idmançılar təbii zülal qəbul etmək üçün yumurtanı çiy şəkildə qəbul edirlər ki, burada bir çox riskli məqamlar var. Çünki əgər yumurta çiy şəkildə qəbul olunursa, onun tərkibindən insan orqanizminə keçən "salmonella bakteriya"sı var ki, bu xüsusilə çiy yumurtadan keçə bilir. Bu orqanizmin ciddi zədələnməsinə gətirib çıxarda bilər. Eyni zamanda yumurtanın tərkibində biotin maddəsi var ki, bu maddə çiy halda olarkən B vitaminin orqanizmdən sovrulmasını ləngidir və bu vitamin əksik şəkildə qəbul oluna bilir.
Bişmiş yumurtada zülal orqanizm tərəfindən daha asanlıqla qəbul olunur, amma çiy şəkildə daha çətin qəbul olunur ki, bu da orqanizm üçün, xüsusilə də həzm sistemi üçün zərərli ola bilər. Ona görə də ən yaxşı üsul az yağda bişmiş formada yumurtadan istifadə olunmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:390
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri