Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rumıniyada yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölüb, üç nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “HotNews” portalı məlumat yayıb.
Məlumata görə, Yunanıstandan Fransaya reys həyata keçirən avtobus Rumıniyanın Timiş vilayətində, Lucojel yaşayış məntəqəsi yaxınlığında qəzaya düşüb. İlkin məlumatlara əsasən, avtobus ötmə manevri zamanı qarşı zolaqda hərəkət edən yük avtomobili ilə toqquşub.
Rumıniya mətbuatı bildirir ki, avtobusda olan sərnişinlər Yunanıstan vətəndaşları olub. Qəza nəticəsində avtobusun sürücüsü və altı sərnişin ölüb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.