Yunanıstandan Fransaya gedən avtobus Rumıniyada qəzaya düşüb, 7 nəfər ölüb, yaralananlar var
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rumıniyada yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölüb, üç nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “HotNews” portalı məlumat yayıb.
Məlumata görə, Yunanıstandan Fransaya reys həyata keçirən avtobus Rumıniyanın Timiş vilayətində, Lucojel yaşayış məntəqəsi yaxınlığında qəzaya düşüb. İlkin məlumatlara əsasən, avtobus ötmə manevri zamanı qarşı zolaqda hərəkət edən yük avtomobili ilə toqquşub.
Rumıniya mətbuatı bildirir ki, avtobusda olan sərnişinlər Yunanıstan vətəndaşları olub. Qəza nəticəsində avtobusun sürücüsü və altı sərnişin ölüb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:Rumıniyada qripdən 22 nəfər ölüb
01 Fevral 2025 18:03
Rumıniyada kiçik təyyarə qəzaya uğrayıb, pilot ölüb
23 Oktyabr 2025 17:28
Yunanıstandan İzmirə gedən avtobus qəza törədib
03 Mart 2025 10:18
Rumıniyada qatarla avtomobil toqquşub, dörd nəfər ölüb
07 Noyabr 2025 21:11
Rumıniyada hərbi laboratoriyada partlayış nəticəsində bir nəfər ölüb
29 Aprel 2025 19:15
Baxış sayı:44
Bu xəbər 27 Yanvar 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















