Yurdun şirin bərəkəti | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda keçirilən 25-ci Arıçılıq məhsulları sərgi-satış yarmarkasından reportaj Arıçılıq son illərdə respublikamızda böyük maraq göstərilən sahələrdən biridir.
Bunun da özünəməxsus səbəbləri var. Bir tərəfdən dövlətin bu sahənin inkişafına göstərdiyi hərtərəfli qayğı, digər tərəfdən arıçılığın gəlir
Odur ki, arıçılıq həm əhalinin məşğulluğuna, həm də yerli istehsalın inkişafına öz töhfəsini verir.
Mütəxəssislərin fikrincə, qiymətli ərzaq, həm də dəyərli müalicə vasitəsi olan arıçılıq məhsulları, eyni zamanda, respublikamıza böyük məbləğdə valyuta gətirə bilər.
Bakıda Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən 25-ci Yubiley Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası öz işinə başlayıb.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə media nümayəndələrinə açıqlamasında bildirdi ki, yarmarkada bu il 43 regiondan 280-dən çox arıçı fermer iştirak edir.
Satışa çıxarılan bütün məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunə götürülərək laboratoriyada analiz olunub.
Tam oxu
Xəbəri oxu