Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sabah”ın qapıçısı Yusif İmanovun klubla müqaviləsini birtərəfli qaydada pozduğunu yazmışdıq.
Xatırladaq ki, futbolçu qərarını Masazır təmsilçisinin ona münasibətdə subyektiv yanaşmaya və ayrı-seçkilik hallarına yol verməsi ilə izah edib, uyğun şəraitinin yaradılmaması ucbatından milli və klub karyerasının mənfi təsirə məruz qaldığını bildirib.
Qolkiper narazı qaldığı məqamlarla bağlı FİFA-ya da müraciət etmək niyyətindədi.
İş ondadı ki, belədə ağla AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi gəlir.
İddialar həqiqəti əks etdirirsə, futbolçu niyə yerli federasiyaya üz tutmaq əvəzinə birbaşa ali futbol qurumuna müraciət etməyi planlaşdırır?Bu sualın ilk hissəsinə cavab tapmaq məqsədilə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik.
O, "Football-plus.az"a açıqlamasında klubun hər futbolçu ilə müqavilə öhdəliklərinə tam əməl etdiyini, belə məsələlərə çox həssas yanaşdıqlarını bildirdi.
Klubun özünəinamı öz yerində. Bəs futbolçu etirazını AFFA-nın adı çəkilən qurumuna çatdırıbmı?