Icma.az
close
up
RU
Yusif “Sabah”la bağlı narazılığını AFFA ya çatdırmayıb

Yusif “Sabah”la bağlı narazılığını AFFA ya çatdırmayıb

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah”ın qapıçısı Yusif İmanovun klubla müqaviləsini birtərəfli qaydada pozduğunu yazmışdıq.

Xatırladaq ki, futbolçu qərarını Masazır təmsilçisinin ona münasibətdə subyektiv yanaşmaya və ayrı-seçkilik hallarına yol verməsi ilə izah edib, uyğun şəraitinin yaradılmaması ucbatından milli və klub karyerasının mənfi təsirə məruz qaldığını bildirib. Qolkiper narazı qaldığı məqamlarla bağlı FİFA-ya da müraciət etmək niyyətindədi. İş ondadı ki, belədə ağla AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi gəlir.
İddialar həqiqəti əks etdirirsə, futbolçu niyə yerli federasiyaya üz tutmaq əvəzinə birbaşa ali futbol qurumuna müraciət etməyi planlaşdırır?
Bu sualın ilk hissəsinə cavab tapmaq məqsədilə “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. O, "Football-plus.az"a açıqlamasında klubun hər futbolçu ilə müqavilə öhdəliklərinə tam əməl etdiyini, belə məsələlərə çox həssas yanaşdıqlarını bildirdi. Klubun özünəinamı öz yerində.
Bəs futbolçu etirazını AFFA-nın adı çəkilən qurumuna çatdırıbmı? Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli Yusifdən hansısa müraciətin daxil olmadığını dedi.
Nəhayət, qolkiperin FİFA-ya mümkün müraciətinin qanunauyğun olub-olmadığını öyrənmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü və idman sahəsində vəkil kimi fəaliyyət göstərən Elcan Həsənliylə əlaqə saxladıq. Əvvəlcədən təxmin etdiyimiz kimi, məlum oldu ki, Yusifin bu prosesdəki vəkili məhz Elcan bəy olacaq. Belədə hüquqşunas prosesdə tərəf olduğunu əsas gətirərək suallarımızı cavablamaqdan imtina etdi.
Hər halda, nə qapıçının FİFA-ya müraciət edib-etməyəcəyi dəqiqdi, nə də məsələnin hansı yolla həll olunacağı. O bəllidi ki, Yusif “Sabah”la yollarını ayırıb və narazı şəkildə yaxasını yana çəkib.
Böyük ehtimalla, proses beynəlxalq müstəvidə həll ediləcək.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 İyul 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri