Yuventus da olarkən saçlarım tökülməyə başladı

11.11.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa millisinin sabiq hücumçusu Tyerri Anri 1999-cu ildə “Yuventus”da çıxış etdiyi dövrü xatırlayıb.

Sportal.az xəbər verir ki, əfsanəvi futbolçu öz açıqlamasında maraqlı məqamlara toxunub:

"Yuventus” inanılmaz klubdur, azarkeşləri də möhtəşəmdir. Bunu dəfələrlə demişəm. Klubun bugünkü vəziyyətini görmək mənə ağrı verir, amma “Yuventus” həqiqətən də möhtəşəm klubdur. Orada hücumun sol cinahında oynayırdım. Yeri gəlmişkən, məhz həmin vaxt saçlarım tökülməyə başladı! Oradakı dövrümü uğursuz hesab etmirəm. Həmişə deyirəm ki, hər şeyə hansı tərəfdən baxmağından asılı olaraq yeni nələrsə öyrənə bilərsən".

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью