Yuventus da olarkən saçlarım tökülməyə başladı
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa millisinin sabiq hücumçusu Tyerri Anri 1999-cu ildə “Yuventus”da çıxış etdiyi dövrü xatırlayıb.
Sportal.az xəbər verir ki, əfsanəvi futbolçu öz açıqlamasında maraqlı məqamlara toxunub:
"Yuventus” inanılmaz klubdur, azarkeşləri də möhtəşəmdir. Bunu dəfələrlə demişəm. Klubun bugünkü vəziyyətini görmək mənə ağrı verir, amma “Yuventus” həqiqətən də möhtəşəm klubdur. Orada hücumun sol cinahında oynayırdım. Yeri gəlmişkən, məhz həmin vaxt saçlarım tökülməyə başladı! Oradakı dövrümü uğursuz hesab etmirəm. Həmişə deyirəm ki, hər şeyə hansı tərəfdən baxmağından asılı olaraq yeni nələrsə öyrənə bilərsən".
Baxış sayı:109
Bu xəbər 11 Noyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















