Yuventus Vlahoviçi satmağa qərar verdi Yarıbayarı ucuz qiymətə | Icma.az
Fanat saytına istinadən Icma.az xəbər verir. "Yuventus" 2025-ci ilin yayında komandanı dəyişməyə hazırlaşan serbiyalı hücumçu Duşan Vlahoviç
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, Turin nəhəngi Vlahoviçi 25-30 milyon avroya buraxmağa hazırdır.
Belə aşağı qiymətə ("Transfermarkt" serbiyalı oyunçunu 60 milyon avro dəyərində qiymətləndirir) səbəb Duşan Vlahoviçin artıq baş məşqçi Tiaqo Mottanın planlarında olmamasıdır.
Serb forvardın müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq. O, hazırki müqaviləyə əsasən ildə 12 milyon avro qazanır.
Vlahoviç bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 30 oyun keçirib, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu