Yuventus Vlahoviçi satmağa qərar verdi Yarıbayarı ucuz qiymətə
Fanat-ə istinadən Icma.az xəbər verir Yuventus Vlahoviçi satmağa qərar verdi Yarıbayarı ucuz qiymətə.
"Yuventus" 2025-ci ilin yayında komandanı dəyişməyə hazırlaşan serbiyalı hücumçu Duşan Vlahoviçin transfer qiymətini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, Turin nəhəngi Vlahoviçi 25-30 milyon avroya buraxmağa hazırdır.
Belə aşağı qiymətə ("Transfermarkt" serbiyalı oyunçunu 60 milyon avro dəyərində qiymətləndirir) səbəb Duşan Vlahoviçin artıq baş məşqçi Tiaqo Mottanın planlarında olmamasıdır.
Serb forvardın müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq. O, hazırki müqaviləyə əsasən ildə 12 milyon avro qazanır.
Vlahoviç bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 30 oyun keçirib, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa
