Yuxarı Şirvan kanalının yenidən qurulması ilə bağlı videokonfrans keçirildi FOTOLAR | Icma…
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində son illərdə aqrar sektorun dayanıqlı inkişafı, regionlarda innovativ texnologiyaların tətbiqi ilə iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üçün müasir tələblərə cavab verən su anbarları və yeni suvarma kanalları tikilmiş, eləcə də bir çox mövcud su təsərrüfatı obyektləri yenidən qurularaq istismara verilib.
AZXEBER.COM xəbər verir ki, bu gün Şirvan suvarma kanalının tikintisi ilə bağlı yaradılmış işçi qrupun üçüncü iclası keçirilib.
İclasda Şirvan suvarma kanalının tikintisi çərçivəsində görülmüş və plan üzrə nəzərdə tutulan işlər, Şirvan suvarma kanalının tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı torpaqayırma prosesində cari vəziyyət, yaranan maneələr və çətinliklər dinlənilib.
Bildirilib hazırda tikinti qrafikinə uyğun olaraq Şirvan suvarma kanalının ümumilikdə 40 km-ə yaxın ayrı-ayrı hissəsində qazma, bəzi hissələrində beton üzlüyə alınma işləri aparılıb, eləcə də kanal üzərində müxtəlif təyinatlı hidrotexniki qurğuların tikintisinə başlanılıb.
Bununla yanaşı, hazırda 6 rayon üzrə torpaqayırma işləri yekunlaşıb, qalan 2 rayonda isə davam etdirilir.
Qrafikə əsasən, tikinti işlərinin 2027-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Sonda İşçi qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri və dəvət olunan mütəxəssislər tərəfindən bu və gündəlikdəki digər məsələlər ətrafında müzakirələr aparılaraq işlərin daha sürətlə yerinə yetirilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Tam oxu
Xəbəri oxu