Icma.az
close
up
RU
Yuxarı Şirvan kanalının yenidən qurulması ilə bağlı videokonfrans keçirildi FOTOLAR

Yuxarı Şirvan kanalının yenidən qurulması ilə bağlı videokonfrans keçirildi FOTOLAR

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində son illərdə aqrar sektorun dayanıqlı inkişafı, regionlarda innovativ texnologiyaların tətbiqi ilə iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üçün müasir tələblərə cavab verən su anbarları və yeni suvarma kanalları tikilmiş, eləcə də bir çox mövcud su təsərrüfatı obyektləri yenidən qurularaq istismara verilib.

AZXEBER.COM xəbər verir ki, bu gün Şirvan suvarma kanalının tikintisi ilə bağlı yaradılmış işçi qrupun üçüncü iclası keçirilib. İclasda Şirvan suvarma kanalının tikintisi çərçivəsində görülmüş və plan üzrə nəzərdə tutulan işlər, Şirvan suvarma kanalının tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı torpaqayırma prosesində cari vəziyyət, yaranan maneələr və çətinliklər dinlənilib. 

Bildirilib hazırda tikinti qrafikinə uyğun olaraq Şirvan suvarma kanalının ümumilikdə 40 km-ə yaxın ayrı-ayrı hissəsində qazma, bəzi hissələrində beton üzlüyə alınma işləri aparılıb, eləcə də kanal üzərində müxtəlif təyinatlı hidrotexniki qurğuların tikintisinə başlanılıb. Bununla yanaşı, hazırda 6 rayon üzrə torpaqayırma işləri yekunlaşıb, qalan 2 rayonda isə davam etdirilir. Qrafikə əsasən, tikinti işlərinin 2027-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

Sonda İşçi qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələri və dəvət olunan mütəxəssislər tərəfindən bu və gündəlikdəki digər məsələlər ətrafında müzakirələr aparılaraq işlərin daha sürətlə yerinə yetirilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.  

Xatırladaq ki, görülən işlərin davamı olaraq, 8 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti "Şirvan suvarma kanalının yenidən qurulması haqqında” Sərəncam imzalayıb. 

65 ilə yaxın müddətdə istismar olunan Şirvan suvarma kanalının yenidənqurmadan sonra başlanğıcda sərfini saniyədə 78 kubmetrdən 180 kubmetrə, uzunluğununu 122.3 km-dən 204,3 km-ə qədər artırmaqla  Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının ümumilikdə 228 min hektar torpaq sahəsinin (onun 116 min hektarı yeni suvarılacaq torpaqlar) suvarma suyu, yaşayış məntəqələrinin isə içməli və məişət suları ilə təminatına, eləcə də Hacıqabul gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına nail olunacaq.

Sərəncamın icrasının vaxtında təmin olunması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən keçirilən müvafiq satınalma prosedurlarına uyğun olaraq tikinti işlərinə 3 ayrı-ayrı şirkət cəlb etməklə kanalın 4 fərqli hissələrində eyni zamanda işlərə başlanılıb. 

Tikinti işlərinin əlaqələndirilmiş şəkildə aparılması məqsədilə Agentliyin əmri ilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun rəhbərliyi ilə İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, eləcə də Şirvan suvarma kanalının xidmət sahəsində olan rayonların icra hakimiyyətlərinin nümayəndələrindən ibarət İşçi qrup yaradılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 Fevral 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri