Zaferoğlu inşaatın rəhbəri: “Rəhbər və işçi münasibətləri qarşılıqlı hörmət və balans üzər…
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. “Rəhbər və işçi münasibətlərində ən önəmli məqam insani əlaqələrdir.
Düzgün münasibətlərin qurulması hər iki tərəf üçün – həm rəhbər, həm də işçi üçün vacibdir” Bunu Moderator.az-a açıqlamasında "Zaferoğlu" inşaatın rəhbəri, sahibkar, hüquqşünas Zəfər Məmmədov deyib.
Zəfər Məmmədov hesab edir ki, işçinin işdən çıxarılması üçün əvvəlcə əsaslı səbəb olmalıdır: “Bu səbəb isə işçinin ona verilmiş tapşırıqları dəfələrlə düzgün yerinə yetirməməsi və iş prosesində problem yaratması ola bilər.
Hər kəsin şəxsi yanaşması və xarakteri onun davranışlarını müəyyən edir.
Təhqir və qışqırıq işin idarə edilməsi üçün heç bir zaman effektiv vasitə olmamışdır və bu, həm də şirkətin inkişafına vurulmuş zərbədir.
Səmimi və məhsuldar iş mühitini qorumaq üçün düzgün münasibətlər və qarşılıqlı hörmət əsas şərtlərdən biridir.
Rəhbər və işçi münasibətləri qarşılıqlı hörmət və balans üzərində qurulmalıdır, çünki bu, sağlam iş mühitinin təməlidir.
Balanslı münasibətlər yalnız işin keyfiyyətini artırmaqla kifayətlənmir, həm də uzunmüddətli və davamlı iş əlaqələri yaratmağa kömək edir.
Tam oxu
Xəbəri oxu