Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Ermənistan yarandığı gündən bu günə qədər təəssüf ki, qonşularına – xüsusilə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə mövcudluğunu əsaslandırmağa və bu yolla inkişaf etməyə çalışmışdır.
Lakin aydın görünür ki, bu ölkə özünün yaratdığı bataqlıqdan çıxa bilmir.
Bunun başlıca səbəbi isə Ermənistanın yeritdiyi uğursuz, işğalçı və ekspansionist siyasətdir".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, 2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi: "Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu yalnız Ermənistanı öz yerinə oturtmadı, eyni zamanda bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayıb və barışmayacaq.
Cəmi birgünlük antiterror tədbiri ilə ölkə suverenliyini tam şəkildə bərpa etdi və bu gün dünyanın sürətlə inkişaf edən güclü dövlətlərindən birinə çevrilib.
Tarixi Qələbəyə baxmayaraq, Azərbaycan humanist və uzaqgörən siyasət nümayiş etdirərək Ermənistana sülh əlini uzatdı.