Icma.az
close
up
RU
Zaman itirilmədən bölgənin tam reinteqrasiyası həyata keçirilir ŞƏRH EDİLDİ

Zaman itirilmədən bölgənin tam reinteqrasiyası həyata keçirilir ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Ermənistan yarandığı gündən bu günə qədər təəssüf ki, qonşularına – xüsusilə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə mövcudluğunu əsaslandırmağa və bu yolla inkişaf etməyə çalışmışdır. Lakin aydın görünür ki, bu ölkə özünün yaratdığı bataqlıqdan çıxa bilmir. Bunun başlıca səbəbi isə Ermənistanın yeritdiyi uğursuz, işğalçı və ekspansionist siyasətdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi: "Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu yalnız Ermənistanı öz yerinə oturtmadı, eyni zamanda bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayıb və barışmayacaq. Cəmi birgünlük antiterror tədbiri ilə ölkə suverenliyini tam şəkildə bərpa etdi və bu gün dünyanın sürətlə inkişaf edən güclü dövlətlərindən birinə çevrilib.

Tarixi Qələbəyə baxmayaraq, Azərbaycan humanist və uzaqgörən siyasət nümayiş etdirərək Ermənistana sülh əlini uzatdı. Lakin artıq beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də sülh müqaviləsinin imzalanması mümkün olmayıb. Bu prosesin ləngiməsinin əsas səbəbkarı isə Ermənistan və onun baş naziri Nikol Paşinyandır. Paşinyan və komandası sülhdən və barışdan danışsalar da, əməldə bunun tam əksini göstərirlər. Ermənistan sürətlə silahlanır, sərhədə qoşun yığır, hərbi infrastrukturunu bərpa edir, Fransadan, Hindistandan və digər ölkələrdən öldürücü silahlar alır".

Millət vəkili qeyd edir ki, Azərbaycan isə konstruktiv və real şərtlərlə sülhə hazır olduğunu dəfələrlə bəyan etmişdir: "Təəssüf ki, Ermənistan bu şərtləri qəbul etmir. Paşinyan hər gün sülhlə bağlı bəyanatlar versə də, əməldə heç bir konkret addım atmır. O, hələ də dünyaya özünü sülh göyərçini kimi təqdim etməyə çalışır, lakin reallıqda pərdə arxasında köhnə, gerçəkliyə uymayan erməni millətçiliyini yaşatmağa və bu əsassız arzulara uyğun tələblər irəli sürməyə çalışır.

Bütün bunlara baxmayaraq, Ermənistan konstitusiyasını dəyişmir, münaqişəni tarixə gömmək üçün zəruri hüquqi addımları atmır, keçmişdə fəaliyyətsizliyi ilə seçilən Minsk Qrupu həmsədrlərinin sülh prosesi ilə bağlı istənilən sənədinə imza atmır. Bu isə açıq şəkildə siyasi manipulyasiyadır.

Azərbaycanın gücü, Prezident İlham Əliyevin qətiyyəti, apardığı praqmatik və prinsipial siyasət bu gün beynəlxalq siyasi aləmdə yüksək qiymətləndirilir. İşğaldan azad edilmiş bölgələrdə sürətli tikinti və bərpa işləri aparılır. Zaman itirilmədən bölgənin tam reinteqrasiyası həyata keçirilir. Əgər Ermənistan doğrudan da inkişaf etmək istəyirsə, artıq reallığı qəbul edib, xəyal dünyasından çıxmalı və real Ermənistan dövləti kimi davranmalıdır. Bunun üçün isə konkret, real və əməli addımlar atılmalıdır. Əks halda, Ermənistan növbəti onilliklərdə də uğursuzluqlar bataqlığında boğulmaqda davam edəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri