Zamanın fövqündə duran dahi şəxsiyyət | Icma.az
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan xalqı 21 il öncə əbədiyyətə qovuşmuş ulu öndər Heydər Əliyevin anım gününü dərin hüzn və eyni zamanda xoş xatirələrlə yad edir.
Zaman ölçüsündə bizdən cismən uzaqlaşdıqca zamanın fövqündə duran dahi şəxsiyyətin əzəmətli cizgiləri daha aydın görünməyə başlayır.
Ulu öndərin müstəqil və suveren dövlətimizin çağdaş tarixi boyunca həyat və fəaliyyətinə yeni baxış bucağından nəzər salarkən onun siyasi portreti düşüncəmizdə daha dolğun əks olunur.
Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev Azərbaycan tarixinə xilaskarlıq missiyası ilə düşmüş və onu zirvələrə qaldırmış nadir şəxsiyyətdir.
O, hər birimizin qəlb yaddaşında qurucu dövlət xadimi və xalqın məhəbbətini qazanmış milli lider kimi yaşayır.
Çünki cəmiyyətimizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər xidmət göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil.
Ona görə də Heydər Əliyevi səciyyələndirən epitetlərdən biri onun ən böyük azərbaycanlı olmasıdır.
Tam oxu
Xəbəri oxu