Icma.az
close
up
RU
Zamanın fövqündə duran dahi şəxsiyyət

Zamanın fövqündə duran dahi şəxsiyyət

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xalqı 21 il öncə əbədiyyətə qovuşmuş ulu öndər Heydər Əliyevin anım gününü dərin hüzn və eyni zamanda xoş xatirələrlə yad edir. Zaman ölçüsündə bizdən cismən uzaqlaşdıqca zamanın fövqündə duran dahi şəxsiyyətin əzəmətli cizgiləri daha aydın görünməyə başlayır. Ulu öndərin müstəqil və suveren dövlətimizin çağdaş tarixi boyunca həyat və fəaliyyətinə yeni baxış bucağından nəzər salarkən onun siyasi portreti düşüncəmizdə daha dolğun əks olunur.

Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev Azərbaycan tarixinə xilaskarlıq missiyası ilə düşmüş və onu zirvələrə qaldırmış nadir şəxsiyyətdir. O, hər birimizin qəlb yaddaşında qurucu dövlət xadimi və xalqın məhəbbətini qazanmış milli lider kimi yaşayır. Çünki cəmiyyətimizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər xidmət göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Ona görə də Heydər Əliyevi səciyyələndirən epitetlərdən biri onun ən böyük azərbaycanlı olmasıdır.
Siyasi uzaqgörərənlik qabiliyyəti zəmanəsini çox-çox qabaqlayan Heydər Əliyevin özəl xüsusiyyətlərindən biri idi. Azərbaycan xalqının ümummilli lideri dünyada gedən proseslərə təsir etmək gücündə olan unikal şəxsiyyət və eyni zamanda tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elmini öz fəaliyyəti ilə zənginləşdirən müdrik dövlət xadimi idi. O, təkcə güclü təsərrüfatçı deyil, həm də sözünün çəkisi və sanbalı olan, xalqı arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran lider idi. İnsan qəlbinin bilicisi və mahir psixoloq olan Heydər Əliyev dərin məntiqli və məzmunlu nitqi, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi ilə insanları valeh edirdi.
Analitik düşüncə tərzi və çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti, yüksək intellekti ulu öndərin idarəçilik bacarığının komponentləridir. O, dünyanın az saylı siyasətçilərindəndir ki, ekstremal vəziyyətlərdə emosiyalara qapılmadan hər zaman ağlı və dərrakəsi ilə düzgün davranmağı bacarıb, əsl peşəkarlıq nümayiş etdirib.
Məsələləri əhəmiyyətinə görə ardıcıllıqla düzmək qabiliyyəti və mahir diplomat olması onu dünyanın ən məşhur siyasətçiləri ilə bir sıraya qoyur. Heydər Əliyev sanki əzəldən böyük siyasət üçün yaranmış, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən xüsusilə dövlət və dövlətçilik məsələləri ilə bağlı baxışlarında özünü büruzə vermişdir. Hətta siyasi opponentləri hər məqamda onun haqlı olduğunu etiraf etməyə məcbur olmuşlar ki, bu da milli maraqların kəsişdiyi məqamlarda ölkədə siyasi həmrəyliyin əldə olunması üçün çox vacib amil rolunu oynamışdır.
İdarəetmədə böyük səriştəsi və qibtə ediləcək qabiliyyətə malik olan, nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı dəqiq müəyyənləşdirməyi bacaran Heydər Əliyevin təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. O, əmin idi ki, “reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır”. Məntiqlə, həqiqətən də belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət etmiş olur.
Heydər Əliyevin reallıqlara söykənən strateji yanaşmaları bütünlüklə milli maraqlar üzərində qurulmuşdu. Ulu öndər qlobal düşüncəli, geniş dünyagörüşlü bir siyasətçi idi. O, hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Fenomenal xarakteri, müsahibini təmkinlə dinləməklə bərabər həm də həmsöhbətinə təsir etmək bacarığı, hər kəslə onun öz dilində danışmaq məharəti Heydər Əliyevi xalqın sevimlisinə çevirib. Heç də hər dövlət xadiminə xas olmayan ali insani keyfiyyətlər - humanizm və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, səbat və diqqət Heydər Əliyevin fərdi naturasının spesifik çalarlarıdır. Ulu öndərin gücü həm də universal və dərin biliyində, qətiyyətində, hökmündə, səbrində, heyrətamiz yaddaşında, tükənməz enerjisində idi.
Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadiminin gedişləri bu gün də ən tanınmış siyasətçiləri belə təəccübləndirir. Bu cəhətdən Heydər Əliyevə bərabər tutula bilən dövlət xadimi çox azdır. Ümummilli liderin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, yüksək analitik təfəkkürə, yenilməz iradəyə malik siyasətçi olub. Təsadüfi deyil ki, bir sıra hallarda Heydər Əliyevi “siyasət qrossmeysteri”, “siyasət patriarxı” kimi epitetlərlə xarakterizə edirlər.
Heydər Əliyev hələ sovetlər dönəmində - Azərbaycana rəhbərlik etdiyi illərdə siyasi uzaqgörənlik nümayiş etdirərək respublikanı hərtərəfli inkişaf yoluna çıxarmış, onun gələcək müstəqilliyinin fundamental əsaslarının formalaşması üçün nəhəng işlər görmüşdür. Dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdiyi müstəqil Azərbaycan onun şah əsəridir. Ona görə də ölkəmizin çağdaş tarixində o, ilk növbədə yeni müstəqil dövlətimizin banisi kimi şərəfli adın şəriksiz sahibidir.
Siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyllərinin güclənməsi Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmlənməsinə, müstəqilliyimizin əbədiliyinə, ölkəmizin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Bu baxımdan əminliklə söyləmək mümkündür ki, dövlət müstəqilliyimizin nicat ünvanı olan Heydər Əliyevin ən böyük vəsiyyətinə əməl edərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Prezident İlham Əliyev bu gün ulu öndərin siyasi kursunu yeni çağırışlara uyğun şəkildə, əzmlə, daha möhtəşəm uğurlar üzərindən inkişaf etdirməkdədir. Ona görə də Azərbaycan var olduqca Heydər Əliyevin xoş xatirəsi də qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.

Əli Hüseynli
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri