Zaur Əliyev və Seymur Səfərli kənd təsərrüfatı nazirinin müavini TƏYİN OLUNDU

27.01.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət başçısı müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Zaur Əliyev və Seymur Səfərli Məcnun Məmmədovun müavini təyin ediliblər.
Qeyd edək ki, bu təyinata qədər Zaur Əliyev nazir müşaviri, Seymur Səfərli isə Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Xatırladaq ki, Prezident İlham Əliyevin dünən imzaladığı Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Onu da qeyd edək ki, əldə etdiyimiz digər məlumata görə, Sarvan Cəfərov Kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunub.
Onun yaxın günlərdə başqa bir yüksək posta təyin olunacağı gözlənilir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью