Zaur Əliyev və Seymur Səfərli kənd təsərrüfatı nazirinin müavini TƏYİN OLUNDU
Icma.az bildirir, Bizim media portalına istinadən.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət başçısı müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Zaur Əliyev və Seymur Səfərli Məcnun Məmmədovun müavini təyin ediliblər.
Qeyd edək ki, bu təyinata qədər Zaur Əliyev nazir müşaviri, Seymur Səfərli isə Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Xatırladaq ki, Prezident İlham Əliyevin dünən imzaladığı Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Onu da qeyd edək ki, əldə etdiyimiz digər məlumata görə, Sarvan Cəfərov Kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunub.
Onun yaxın günlərdə başqa bir yüksək posta təyin olunacağı gözlənilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 27 Yanvar 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















