Zavoddan qızıl oğurlayanlar tutulub

17.05.2025

Azpost saytına istinadən Icma.az xəbər verir.

Özbəkistanın dövlət təhlükəsizlik xidməti Navoy şəhərində yerləşən 3 saylı hidrometalurgiya zavodunun işçilərinin tərkibində 1,5 kq-dan çox qızıl olan iki kiloqramlıq yarımfabrikatı oğurlamaq cəhdinin qarşısını alıb.

Bu barədə Özbəkistan DTX-nin “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə, iki usta və bir sex işçisi əvvəlcədən əlbir olaraq iki kiloqramlıq yarımfabrikatı müəssisənin içindəki hava təmizləmə borusunda gizlədiblər.

Sözügedən yarımfabrikatın tərkibində 1 kiloqram 523 qram xalis qızıl olub və onun bazar dəyəri təxminən 161,7 min ABŞ dolları təşkil edir.

Oğruluq cəhdində şübhəli bilinənlərə qarşı cinayət işi açılıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью