Zavoddan qızıl oğurlayanlar tutulub
Azpost saytına istinadən Icma.az xəbər verir.
Özbəkistanın dövlət təhlükəsizlik xidməti Navoy şəhərində yerləşən 3 saylı hidrometalurgiya zavodunun işçilərinin tərkibində 1,5 kq-dan çox qızıl olan iki kiloqramlıq yarımfabrikatı oğurlamaq cəhdinin qarşısını alıb.
Bu barədə Özbəkistan DTX-nin “Telegram” kanalında məlumat yayılıb.
Məlumata görə, iki usta və bir sex işçisi əvvəlcədən əlbir olaraq iki kiloqramlıq yarımfabrikatı müəssisənin içindəki hava təmizləmə borusunda gizlədiblər.
Sözügedən yarımfabrikatın tərkibində 1 kiloqram 523 qram xalis qızıl olub və onun bazar dəyəri təxminən 161,7 min ABŞ dolları təşkil edir.
Oğruluq cəhdində şübhəli bilinənlərə qarşı cinayət işi açılıb.
Paylaş

Zavoddan 8 Chevrolet Corvette oğurlandı
25 Mart 2025 14:28
Tullantıdan elektrik enerjisinə gedən yol Zavoddan FOTOREPORTAJ
22 Mart 2025 17:53
Bakıda çörəkdən siqaret kötüyü çıxmasına zavoddan AÇIQLAMA
08 Fevral 2025 22:31
“Azəriqaz”ın sayğaclarını istehsal edən zavoddan REPORTAJ FOTOLAR
26 May 2025 10:01
Abşeronda zavoddan çıxaraq sakinləri qorxuya salan ağ rəngli tullantı nədir?
02 Fevral 2025 22:10

