Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ölkə diplomatları Prezident Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşünə hazırlıq məqsədilə “çox dərin və həqiqətən ciddi” diplomatik iş aparırlar.
Liderləri görüşündə hansı istiqamətlərin müzakirəsi gözlənilir? Əsas məsələ Tramp Rusiyanı sülhə razı sala biləcəkmi?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, ABŞ Prezidentinin Rusiya istiqamətində sərgilədiyi sərt ritorika Putini yenidən Trampla təmasa məcbur etdi: “Trampın uzaqmənzilli raketlərin Ukraynaya ötürülə biləcəyi, eləcə də Rusiyanın neft-qaz məhsullarını alan ölkələrə xəbərdarlığı öz bəhrəsini verdi.
Tramp-Zelenski görüşündə əldə olunacaq razılaşmalardan narahat olan Rusiya Prezidenti Trampa zəng vuraraq görüşməyə hazır olduğunu bildirmək məcburiyyətində qaldı.
İndi Macarıstanda keçiriləcək görüşə Tramp daha üstün mövqedə yollanır.
Çünki nəticə əldə edilməyəcəyi halda hansı addımların atıla biləcəyini artıq Rusiya liderinə açıq şəkildə çatdıra bilib.
Görüşdə əsasən iki məsələ, Trampın da təklif etdiyi kimi təmas xətti əsas götürülərək müharibənin dayandırılması və Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələlərinin müzakirəsi gözlənilir.