Icma.az
close
up
RU
Zaxarova “çox dərin və ciddi” dedi Ukraynada son durum nədir?

Zaxarova “çox dərin və ciddi” dedi Ukraynada son durum nədir?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ölkə diplomatları Prezident Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşünə hazırlıq məqsədilə “çox dərin və həqiqətən ciddi” diplomatik iş aparırlar.

Liderləri görüşündə hansı istiqamətlərin müzakirəsi gözlənilir? Əsas məsələ Tramp Rusiyanı sülhə razı sala biləcəkmi?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, ABŞ Prezidentinin Rusiya istiqamətində sərgilədiyi sərt ritorika Putini yenidən Trampla təmasa məcbur etdi:

“Trampın uzaqmənzilli raketlərin Ukraynaya ötürülə biləcəyi, eləcə də Rusiyanın neft-qaz məhsullarını alan ölkələrə xəbərdarlığı öz bəhrəsini verdi. Tramp-Zelenski görüşündə əldə olunacaq razılaşmalardan narahat olan Rusiya Prezidenti Trampa zəng vuraraq görüşməyə hazır olduğunu bildirmək məcburiyyətində qaldı.

İndi Macarıstanda keçiriləcək görüşə Tramp daha üstün mövqedə yollanır. Çünki nəticə əldə edilməyəcəyi halda hansı addımların atıla biləcəyini artıq Rusiya liderinə açıq şəkildə çatdıra bilib.

Görüşdə əsasən iki məsələ, Trampın da təklif etdiyi kimi təmas xətti əsas götürülərək müharibənin dayandırılması və Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələlərinin müzakirəsi gözlənilir. Əslində bu təkliflər yeni deyil. Alyaska görüşündə də bu istiqamətdə danışıqlar olmuşdu. O zaman Putin təmas xətti əsas götürülərək müharibənin dayandırılmasını, yəni atəşkəsi yox, ərazi mübadiləsi yolu ilə və ən əsası da Donbasın Rusiya ərazisi olaraq tanınması şərtilə sülhün əldə edilməsini təklif etmişdi”.

Politoloqun sözlərinə görə, Donbasın əsasən Donetsk və Luqanskdan ibarət olduğunu nəzərə alsaq, deyə bilərik ki, Ukraynanın bu əraziləri Rusiya ərazisi olaraq tanıması halında Rusiya digər ərazilərdən əsasən də Xerson və Xarkov istiqamətində işğal altında saxladığı torpaqlardan geri çəkilə biləcəyini deyib:

“Bu isə təbii olaraq Ukraynanı heç bir halda qane edə bilməz və elə dünən Zelenski də bir daha hər hansı ərazi güzəştinə razı olmayacaqlarını bəyan etdi.

Əslində Zelenskinin mövqeyi başa düşüləndir. Zelenski yox, hər hansı başqa bir şəxs prezident olsaydı belə, heç nə dəyişməyəcəkdi. Üstəlik, belə bir qərar Zelenskinin təkbaşına qəbul edəcəyi bir məsələ deyil. Bunun üçün müvafiq referendumun, ümumxalq iradəsinin ortaya qoyulması lazımdır. Müharibə vəziyyətində, bombaların altında isə referendum keçirmək mümkün deyil. İndi Ukrayna üçün məqbul olan variant təmas xətti əsas götürülməklə atəşkəsin elan olunması və ondan sonra uzunmüddətli danışıqların aparılmasıdır. Onsuz da Donetsk və Luqansk uzun illərdir ki, separatçıların nəzarətində olmaqla faktiki olaraq Rusiya tərəfindən idarə olunurdu. Yəni Ukrayna üçün vacib olan məsələ həmin ərazilərin Rusiyanın işğalı altında qalsa belə, heç kim tərəfindən Rusiya ərazisi olaraq tanınmamasıdır.

Eləcə də təhlükəsizlik zəmanəti məsələsi. NATO üzvü olmayacağı ilə bağlı öhdəlik götürməyə hazır olan Ukrayna, haqlı olaraq təhlükəsizlik zəmanəti istəyir. Bu isə ayrı-ayrı ölkələrin hərbi birliklərinin Ukraynada yerləşdirilməsi ilə mümkündür. Lakin Rusiya bundan da qəti şəkildə imtina edir.

Odur ki, Macarıstanda keçirilməsi planlaşdırılan görüşdə bir çox məsələ Trampın nə dərəcədə qətiyyətli mövqe ortaya qoyacağından asılı olacaq. Rusiya növbəti dəfə güzəştlərə hazır olmadığını nümayiş etdirəcəyi halda, Trampın hansı addımlar ata biləcəyini və deyilənlərin blef yox, həqiqət olduğunu dərk edəcəksə, o zaman hansısa güzəştlərə gedəcək. Amma mən, açığı, bu görüşdən hər hansı müsbət nəticə gözləmirəm”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri